Tramp Obamanın tənqidçisini ekologiya naziri seçib

ABŞ prezidentliyinə yeni seçilmiş Donald Trampın Ekologiya Nazirliyinə rəhbər seçimi prezident Barak Obamanın iqim dəyişikliyə qarşı mübarizə planının ən böyük tənqidçisidir. Bu plan isə ölkədəki elektrik stansiyalarının karbon emissiyalarını azaltmaqdır.

Oklahomanın baş prokuroru Skot Pruitt yanvar ayında Təmiz Enerji Planının qarşısını almağa çalışan qanun layihəsini imzalayan 27 ştat rəsmisindən biri idi. Təmiz Enerji Planı Ekologiya Nazirliyi vasitəsilə ştatların 2005-ci ildən 2030-cu ilədək ümumi emissiyaları 32 faiz azaltmağa çağırırdı.

Trampın baş məsləhətçisi Kelian Konvey Pruittlə bağlı tənqidləri rədd edib.

Pruitt iqlim dəyişikliyi ilə bağlı şübhələrini dilə gətirib. O və Alabanın baş prokuroru Lüter Strenc may ayında National Review jurnalında dərc edilən məqalədə iqlim dəyişikliyi ilə bağlı şübhələri olan şirkətlərə qarşı hüquqi qaydada ölçülər götürən ştatları qınayıb.

Fevral ayında Ali Məhkəmə qanunun həyata keçməsininin qarşısını alan qərar çıxarıb.

Höküməti məhkəməyə şikayət edən ştatlar bu qanunları “Ekologiya Nazirliyinin ştatlara tətbiq etdiyi ən geniş əhatəli və ağır qanun” adlandırıb.