Tramp mehmanxanaları Yaxın Şərqdə sərgidə iştirak edir

ABŞ pprezidentliyinə respublikaçı namizəd Donald Trampın adını daşıyan Tramp Mehmanxanaları Dubayda keçirilən Ərəb Səyahət Bazarı sərgisində Armani Mehmanxanası, Palazzo Versaşe kimi lük brendlərilə yanaşı sərgilənib.

Trampın neftlə zəngin Yaxın Şərq bazarına daxil olmaq üçün uzun müddət səy göstərməsinə baxmayaraq, onun İslam dini ilə bağlı açıqlamaları və dekabr ayında müsəlmanların Amerikaya daxil olmasına qadağa haqda təklifi regionda tənqidlərə məruz qalıb.

Avropa, Yaxın Şərq və Afrika üzrə Tramp mehmanxalarının satış direktoru Markos Torres Tampla bağlı siyasi məsələləri müzakirə etməkdən imtina edib.

Biznes əlaqələri

Buna baxmayaraq, Torres Associated Press xəbər agentliyinə bildirib ki, mehmanxanalarla biznes əlaqələri möhkəm olaraq qalır.

Tramp brendi üçün İran Körfəzi ölkələri ilə ticari əlaqələr son aylar ürək açan olmayıb.

Dekabr ayında Dubayda yerləşən Landmark Qrup şirkəti bildirib ki, onlar regionda yerləşən "180 Həyat Tərzi" mağazalarından Tramp brendinin ev dekorasiya mallarını yığışdırmağı planlaşdırır.

Trampın həmçinin daşınmaz əmlak şirkəti olan Damas Əmlak ilə adının lisenziyası və ev layihələri, eləcə Dubayda iki qolf meydançasının inşasına dair müqavilələr bağlayıb.