Tramp: Demokratlar hökümətin bağlanmasına son qoymaq üçün təşəbbüs göstərməlidir

ABŞ prezidenti Donald Tramp şənbə günü Twitter-dəbildirib ki, Demokrat qanunvericilər onun ABŞ-Meksika sərhədində təklif etdiyi divarın maliyyələşdirilməsi ilə bağlı razılığın əldə olunmaması səbəbilə hökümətin qismən bağlanmasına son qoymaq üçün təşəbbüs göstərməlidir.

“Mən Ağ Evdə Demokratların gəlib, Sərhəd Təhlükəsizliyi ilə bağlı razılıq əldə etmələrini gözləyirəm. Eşitdiyimə görə, onlar prezidentə sataşmağa o qədər vaxt sərf edirlər ki, ordumuz və cinayətlərin qarşısının alınması kimi məsələlərə vaxtları qalmır!”– deyə o yazıb.

Tam dəqiq olmasa da, belə görünür ki, o, bu sözləri ilə daha sonra atdığı tvitdəki məlumata istinad edir. Həmin tvitdə Tramp xüsusi prokuror Rober Mülleri Federal Təhqiqatlar Bürosunun (FBI) keçmiş müstəntiqləri Lisa Peyc və Piter Strzok arasında paylaşılan təxminən 19 min tekst mesajını silməkdə ittiham edir. Bu iki müstəntiq arasında 2016-cı il seçki kampaniyası dövründə Trampla bağlı kritik mesajlaşma olub.

Ədliyyə Departamentinin baş müfəttişin idarəsinin bu yaxınlarda apardığı təhqiqatda bildirilib ki, həmin mesajlar bərpa olunub və deyib ki, onların silinməsinı FBI-ın avtomatlaşdırılmış toplama aləti səbəb olub.

Trampın son tviti ABŞ hökümətinin qismən bağlandığı səkkizinci günə təsadüf edib. Trampla demokrat qanunvericilər arasında büdcə məsələsi üzərində qarşıdurma yaşanır. Prezident sərhəddə divarın inşası üçün 5 milyon dollar tələb edir, democrat qanunvericilər isə divarın qəti ələyhinə olsa da, büdcə təhlükəsizliyi üçün maliyyənin bir az artırılmasını dəstəkləyir.

Cümə günü Tramp Konqres divarın inşası üçün lazım olan pulu təsdiq etmədiyini təqdirdə bir daha ABŞ-Meksika sərhədini bağlamaq və Honduras, Qvatemala və El Salvadora yardımı kəsməklə hədələyib.
Bundan əlavə daha öncəki tvitlərində Tramp ölkədəki "gülünc immiqrasiya qanunlarını" dəyişməyə çağırıb.

ABŞ-ın ticarət məsələləri üzrə nümayəndəsinin ofisinin bildiridiyinə görə, ABŞ-Meksika sərhədinin bağlanması hər gün iki ölkə arasında 1.68 milyard dollarlıq ticarətin dayadırılması deməkdir.

İmmiqrasiya fəalları sərhədi bağlamaq addımını “rüsvayçılıq” adlandırıb.

Tramp divarın inşası üçün 5 milyard dollardan az pulu qəbul edib-etməyəcəyinə dair sualı cavablandırmağı rədd edib. Çərşənbə günü hökümətin nə zamanadək bağlı qalacağına dair suala isə o, “nə qədər lazım olsa, o qədər”deyə cavab verib.

Senatın azlıq lideri Çak Şumer

Demokratlar Trampı “ölkəni hərc-mərcliyə salmaqda” günahlandırıb.

Senatın azlıq lideri Çak Şumer və Nümayəndələr Palatasının spikeri olacağı gözlənilən Nensi Pelosi birgə bəyanatda bildirib ki, “Prezidenthökümətin bağlanmasını istəyirdi, amma indi belə görünür ki, bu vəziyyətdən necə çıxacağını bilmir.”