Tramp Şimali Koreya məsələsində Çinin ABŞ-a dəstəyini sual edib

ABŞ prezidenti Donald Tramp bazar ertəsi Cənubi Karolina ştatında iştirak etdiyi seçki kampaniyası yürüşü zamanı apardığı sərt ticarət danışıqları haqqında danışıb.

Kanada və Avropa İttiffaqını ədalətli olmayan ticarət praktikasında ittiham etdikdən sonra Tramp Çini hədəfə alıb və hətta Şimali Koreya məsələsindən Çinin Birləşmiş Ştatlara olan dəstəyinin sual altında ola biləcəyinə işarə edib.

Donald Tramp: “Mən Prezident Şini çox bəyənirəm. Biz Çinin ayağa qalxmasına kömək etmişik. Onlar bizə Şimali Koreya sərhədində yardım ediblər. Lakin bundan sonra bu köməyi göstərməyə bilərlər və bu, çox pisdir.”

Tramp ştatın respublikaçı qubernatoru Henri MakMasterin seçki kampaniyası çərçivəsində təşkil edilən yürüşdə iştirak edirdi.