Tramp: Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı sanksiyaların tətbiqinə hazır olmalıdır

ABŞ prezidenti deyib ki, BMT-nin Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı sanksiyaların tətbiqinə hazır olmalıdır.

Daha əvvəl Yaponiya və Çin liderləri ilə telefon söhbəti aparan Donald Tramp Şimali Koreyanın təhdidləri ilə bağlı narahatlıqları müzakirə edib.

BMT-nin Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı sanksiyaların tətbiqinə hazır olmalıdır

Yaponiyanın baş naziri Şinzo Abe ilə 30 dəqiqə sürən telefon müzakirələri zamanı Tramp ondan Şimali Koreyanın yeni pvovokasiyalarına mane olmaq üçün təzyiqlərini artırmasını istəyib.

Abe bu gün Tokioda jurnalustlərə deyib ki, daha qəti surətdə biz Şimali Koreyadan provokasiyalara yol verməməsini tələb edəcəyik.

Baş nazir ABŞ-la bərabər sayıqlıq nümayiş etdirəcəyi və qətiyyətli qərarlar verəcəyini deyib.

Şinzo Abe

Abe Tramla Çinin Koreyaya təzyiq göstərməsinin vacibliyində ortaq zəmin əldə etdiklərini deyib.

Çin lideri Tsi Tsinpin tərəflərin vəziyyəti gərginləşdirəcək hər bir əməldən çəkinəcəyinə ümid etdiyini deyib.

Daha əvvəl ABŞ-ın vitse-prezidenti Çinin Şimali Koreyaya nüvə silahı istehsalından çəkindirmək üçün nüfuzundan istifadə edəcəyinə əminliyini ifadə edib.

Mayk Pens bildirib ki, ABŞ Koreya yarımadasını nüvəsizləşdirməyənədək sakitləşməyəcək. O, bütün variantların masa üzərində olduğunu bildirib.

Mayk Pens

Şimali Koreya ilə aparılan müzakirələrə diqqət çəkən vitse-prezident o ölkənin vədlərinə əməl etməyərək, daha çox provokasiyalara yol verdiyini deyib.