Koreya yarımadasında gərginliyin artdığı bir vaxt, prezident Donald Tramp cümə günü ABŞ ordusunun Sakit Okean Kommandanlığından məxfi məlumatlar alıb.
Brifiq Air Force One Sakit Okeanında yerləşən Oahu adasının Hickham Hava Qüvvələri Bazasına enəndən sonra baş tutub. Orada prezident və birinci xanım Melaniya Tramp Havay adalarına aid ənənəvi şəkildə, əkillərlə qarşılanıb.
Sakit Okean Komandanlığı
Daha sonra prezident Tramp Amerikanın ən böyük döyüş komandanlıqlarından biri olan Sakit Okean Komandanlığınının yerləşdiyi Dəniz Korpusu qərargahına gedib.
“Burada çox sayda güçlü, istedadlı insanlar var və biz sizi yüksək dəyərləndiririk”, deyə Tramp Sakit Okean Komandanlığının komandiri ABŞ Hərbi Dəniz Donanması admiralı Harri Deyvisə bildirib.
Brifinqdən sonra Tramp və xanımı Pörl Harboru ziyarət edib, 1941-ci ilin dekabrın 7-də Birləşmiş Ştatların İkinci Dünya Müharibəsinə daxil olmasına gətirib çıxaran Yaponiyanın hücumu nəticəsində batan döyüş gəmisi USS Arizona memorialına əklil yerləşdirib. Tramp və xanımı həmçinin Arizona üzərindəki suya yasmin ləçəkləri atıb. Prezident bir neçə dəfə sakitcə “təşəkkür edirəm” deyib.
Şərqi Asiya Sammiti
Air Force One-da ikən Donald Tramp “çox mühüm” adlandırdıqları səfərin sonunda yenidən Havaya gəlib, orada bir gün keçirmək istədiyini, lakin Şərqi Asiya Sammiti ilə Cənub-şərqi Asiya Dövlətləri Assosiasiyasının görüşündə iştirak etmək üçün bu planı təxirə saldığını deyib.
Tramp Filippindən öncə Yaponiya, Cənubi Koreya, Çin və Vyetnama səfər edəcək.
Digər liderlərlə görüşü zamanı prezident onlara dünyanın ABŞ administrasiya rəsmilərinin hazırda ən böyük təhlükə olaraq gördüyü Şimali Koreyanın nüvə döyüş başlığı və balistik raket proqramlarına son qoymaq üçün vaxtın daraldığını deyəcək.