Tramp ara seçkilərdən öncə sərhəd təhlükəsizlik xidmətinin əməkdaşlarını tərifləyib [Video]

Your browser doesn’t support HTML5

ABŞ prezidenti Donald Tramp federal immiqrasiya əməkdaşlarını sərhədləri təhlükəli cinayətkarlardan qoruyan “qəhrəmanlar” adlandırıb. O, İmmiqrasiya və Gömrük Mühafizə (ICE), Gömrük və Sərhəd Mühafizə (CBP) və digər hüquq-mühafizə orqanlarının 150-dən çox işçisini bazar ertəsi Ağ Evə dəvət edərək, onların səylərini dəyərləndirib. Qəhrəmanlara Salyut” adlı tədbir bir çox amerikalının miqrant uşaqların sərhəddə ailələrindən ayırılması və Birləşmiş Ştatlarda sığınacaq almağa uyğun insanların ölkəyə buraxılmaması kimi yeni sərhəd prosedurlarına etiraz etdiyi vaxta təsadüf edib.

Son bir il ərzində İmmiqrasiya və Gömrük Mühafizə, Gömrük və Sərhəd Mühafizə orqanları 1,3 milyon kiloqram qanunsuz və təhlükəli narkotik ələ keçirib. Bu narkotiklərdən çox sayda insan ölə bilərdi.
Donald Tramp

Bazar ertəsi Donald Tramp deyib ki, təhlükəsizlik xidmətləri sərhədlərarası cinayətin qarşısını almaq üçün “inanılmaz iş” görür, amma onların səyləri kifayət qədər qiymətləndirilmir.

“Son bir il ərzində İmmiqrasiya və Gömrük Mühafizə, Gömrük və Sərhəd Mühafizə orqanları 1,3 milyon kiloqram qanunsuz və təhlükəli narkotik ələ keçirib. Bu narkotiklərdən çox sayda insan ölə bilərdi. Ölkə daxilində isə ICE əməkdaşları 127 min cinayətkarı həbs edib. Onların arasında 48 min hücum, 12 min seksual zəmində cinayət və 1800 qətllə ittiham olunan insanlar var”, Tramp deyib.

Trampın tərifləri ICE əməkdaşlarının Kaliforniyanın San Bernadino şəhərində hamilə yoldaşını doğum üçün hospitala aparan meksikalı kişini həbs etməsindən iki gün sonraya təsadüf edir.

“Mən onu nə üçün apardıqlarını soruşanda, onlar kiminsə onu şikayət etdiyini dedi” – deyə, Maria Del Karmen Veneqas bildirib.

ICE əməkdaşları deyir ki, həmin insan Meksikada qətl törətməkdə şübhəli bilinir və ABŞ-ın milli təhlükəsizliyinə hədə ola bilər.

Tramp administrasiyası qanunsuz immiqrasiyaya qarşı “sıfır dözümsüzlük” siyasətinə, ələlxüsus da miqrant uşaqları ailələrindən ayırdıqlarına görə tənqid olunur. Bəziləri İmmiqrasiya və Gömrük Mühafizə agentliyinin ləğv olunmasına və ya ən azından missiyasının dəyişdirilməsinə çağırır.

“Biz onların missiyalarını tamamilə dəyişməliyik. Ölkə rəhbərliyimiz isə ICE-a ailələrə, iqtisadiyyatlara və hətta küçələrimizdəki təhlükəsizliyimizə zərər verən missiya tapşırıb”, Los Anceles şəhərinin meri Erik Qarsetti bildirib.

Federal məhkəmənin qərarına baxmayaraq, yüzlərlə immiqrant uşaq hələ də, ABŞ hökümətinin himayəsindədir. Tramp bu məsələyə toxunmasa da, deyib ki, sığınacaq şəhərlərin illeqal mühacirləri qorumalarına icazə verilməməlidir. O həmçinin ABŞ-ın cənubi sərhədində divar inşa etmək planlarından bəhs edib.

Biz onların missiyalarını tamamilə dəyişməliyik. Ölkə rəhbərliyimiz isə ICE-a ailələrə, iqtisadiyyatlara və hətta küçələrimizdəki təhlükəsizliyimizə zərər verən missiya tapşırıb
Erik Qarsetti

“Milli Təhlükəsizlik Departamentinin qadın və kişiləri ölkəmizi insan və narkotik qaçaqçılığından və cinayətdən qorumaq üçün hazırda divar inşa edir. Bu divar hər gün daha da uzun, hündür və möhkəm olur. Biz yaxınlarda 3,2 milyard dollar xərcləyəcəyik, gələn il isə təxminən 5 milyard dollar xərcləməyi planlaşdırırıq,” Tramp söyləyib.

Tramp deyib ki, Konqresdəki demokratlar onun administrasiyasının səylərinin qarşısını alır. Bu isə bazar ertəsi təşkil olunan bu tədbirin məqsədinin respublikaçılara ara seçkilərdə qalib gəlməyə yardım etmək məqsədi daşıdığına işarə edib.