Tramp amerikalıları administrasiyanın koronavirusa qarşı mübarizəyə hazır olduğuna əmin etməyə çalışır

Your browser doesn’t support HTML5

Prezident Donald Tramp Ağ Evin brifinq otağında hakimiyyətdə gəldikdən sonra ikinci dəfə mətbuat konfransı keçirərək, amerikalılara administrasiyasının Birləşmiş Ştatlarda koronavirus epidemiyasını nəzarətdə saxladığını bildirib. Administrasiya Konqresdən 2.5 milyard dollar maliyyə istəyib.

“Bizim gördüyümüz bütün işlərə görə Amerika xalqı üçün risk aşağı olaraq qalır.”

Bundan bir gün öncə ABŞ-ın Xəstəlilərə Nəzarət Məkəzi amerikalıılara koronavirus epidemiyasının icmalarda yayılması və gündəlik yaşayışa maneələr törətməsini gözləməli olduqlarını bildirib.

Tramp medianı virusun yayılması ilə bağlı məlumatları şişirtməkədə və fond birjasında panika yaratmaqda ittiham edib.

Cons Hopkins Səhiyyə Təhlükəsizliyi Mərkəzinin eksperti Cennifer Nuzzo: “Aydındır ki, biz iqtisadi təsirlər və ictimaiyyət arasında qorxu səviyyəsinin azaldığına əmin olmaq istəyirik, bu, vacibdir. Amma mən hesab edirəm ki, ümumi fikir bundan ibarət olmalıdır ki, biz burada xəstəlik hallarının artmasını gözləməliyik, buna hazır olmalıyıq və bunun təsirlərinin necə azaldılması üzərində düşünməliyik.”

Onlarla amerikalı virusa yoluxub, lakin onların sayının artacağı gözlənilir.

Virusun qlobal səviyyədə yayılmasına baxmayaraq, Birləşmiş Ştatlarda indiyə qədər 500-dən az adam test olunub və bunlar Çinə səfər edən insanlardır.

“Daha çox insan test olunacaqmı” sualına prezident belə cavab verib.

“Biz test olunmalı lazım onlar insanları yoxlayırıq və çox az problemlı qarşılaşırıq.”

Demokratlar Trampı virusun yayılmasının əhəmiyyətini azaltdığına görə tənqid edir.

Senatda azlıqda olan Demokratların lideri Çak Şumer:

“Administrasiyanın planı yoxdudr. Onlar dəfələrlə istər Xəstəliklərə Nəzarət Mərkəzi olsun, istərsə də milli Təhlükəsizlik Şurası müdafiə üçün xərcləri kəsib.”

Dünya üzrə 80 mindən artıq insan virusa yoluxub, 700 nəfər həyatını itirib.

Virusun qlobal səviyyədə yayılmasına baxmayaraq, Birləşmiş Ştatlarda indiyə qədər 500-dən az adam test olunub və bunlar Çinə səfər edən insanlardır.

“Daha çox insan test olunacağmı” sualına prezident belə cavab verib.

ABŞ prezidenti Donald Tramp:

“Biz test olunmalı lazım onlar insanları yoxlayırıq və çox az problemlı qarşılaşırıq.”

Demokratlar Trampı virusun yayılmasının əhəmiyyətini azaldığına görə tənqid edir.

Senatda azlıqda olan Demokratların lideri Çak Şumer: “Administrasiyanın planı yoxdudr. Onlar dəfələrlə istər Xəstəliklərə Nəzarət Mərkəzi olsun, istərsə də milli Təhlükəsizlik Şurası müdafiə üçün xərcləri kəsib.”

Dünya üzrə 80 mindən artıq insan virusa yoluxub, 700 nəfər həyatını itirib.

“Virusun yayılmasının qarşısını almaq, bunu dayandırmaq indi mümkün dedyil. Fikrimcə, biz hazırda diqqəti onun necə azaldılmasına yönəltməliyik”, Cons Hopkins Səhiyyə Təhlükəsizliyi Mərkəzinin eksperti Cennifer Nuzzo bildirib.

Nyu York da daxil olmaqla, ABŞ-ın bir neçə ştatı ən pis vəziyyətə hazırdır. Ştatın qubernatoru Endrü Quomo federal hökumətdən əlavə 40 milyon dollar istəyib.

Nyu York ştatının qubernatoru Endrü Kuomo: “Biz həmçinin federal hökumətdən ştata özünün test aparmasına icazə verməsini istəyirik. Ştatın çox effektiv səhiyyə sistemi və çox müasir laboratoriyaları var.”

Tramp vitse-prezident Mayk Pensin federal hökumətin koronavirusa qarşı mübarizə səylərinə rəhbər təyin edildiyini bildirib.