Tramp: "Amerika Meksikadan zinhara gəlib"

Prezident Donald Tramp Meksikanı ABŞ-dan sui-istifadə etməkdə günahlandıraraq cənub qonşusunun ölkəsini “zinhara” gətirdiyini bildirib.

Onun sözlərinə görə, Meksika hökuməti Mərkəzi Amerikadan Birləşmiş Ştatlara sığınacaq dalınca axışan mühacirlərin qarşısını almır.

ABŞ rəsmiləri dialoq qurmaq və razılğa, kompromisə gəlməyə hazırlıq nümayiş etdirirlər.

ABŞ prezidenti aydın edib ki, əgər ölkə sərhədlərinə yaxınlaşan mühacirlərin qarşısını almasa, Meksikaya 5 faizlik tarif tətbiq edəcək. O, Meksikanı “həmişə almaqda, ancaq əvəzində heç vaxt nəsə verməməkdə” günahlandırıb. “Bu onillərlə belə olub,” Tramp deyib.

Tramp Twitterdə yazıb: "Ya onlar narko-baronların, kartellərin, insan qaçaqmalçılarının və qeyri-qanuni immiqrantların ölkəmizə basqınını dayandıracaq – hansını ki, onlar asanlıqla edə bilərlər, ya da bizim sərhəddən cənuba səfehcəsinə köçmüş şirkətlər və işlər Amerikaya vergilər (tariflər) vasitəsilə qaytarılacaq."

Trampın tənqidləri Meksika prezidenti Andres Maneal Lopez Obradorun mühacir axınını dayandıra biləcəyi barədə qeydlərindən sonraya təsadüf edir.

O, hesab etdiyini bildirib ki, ABŞ iyunun 10-da qüvvəyə minəcək tarifləri Mərkəzi Amerikadan mühacir axınını dayandrımaq vasiətsi olaraq müzakirə etməyə hazırdır.

“ABŞ rəsmiləri dialoq qurmaq və razılğa, kompromisə gəlməyə hazırlıq nümayiş etdirirlər,” Meksika lideri deyib.