Tramp Ağ Evin "mükəmməl şəkildə" fəaliyyət göstərdiyini deyir

ABŞ prezidenti Donald Tramp Ağ Evin mükəmməl bir şəkildə fəaliyyət göstərdiyini bildirib. Bununla Tramp administrasiyada onun böyük oğlunun Hillari Klintonla bağlı ona kompromat informasiya ötürməyi vəd edən rusiyalı vəkillə görüşlə əlaqədar qarışıqlıq olduğunu deyənlərə cavab verib.

Medianın verdiyi məlumatlara görə, çərşənbə axşamı günü üçün cədvəli bir o qədər məşğul olmayan prezident onun oğlu haqda televiziya xəbərlərini narazılıqla izləyib. Amerika mediası Tramp oğulun 2016-cı ildə iyun ayında Nyu Yorkda Rusiya hökuməti ilə yaxın əlaqələrə malik vəkillə görüşünə dair email yazışmaları haqda məlumat verib.

Prezident Tramp bildirib ki, Ağ Ev ölkədə səhiyyə xidmətlərinə dair qanun, vergi ixtisaları, islahatlar və “bir çox başqa işlərlə” məşğuldur. “Mənim televiziyaya baxmağa vaxtım yoxdur”, Tramp bildirib.

Tvitter səhifəsində yazdığı şərhlərdən birində Tramp detallara varmadan şikayət edib: “Nə üçün eyni standartlar demokratlara tətbiq olunmur? Baxın, Hillari Klinton nəyin altından çıxa bildi. Biabırçılıqdır!”

Prezident böyük oğlu Donald Tramp Jr.

Tramp administrasiyasının əldə etdiyi uğurları qeyd edərək, İslam Dövləti qrupunun Suriya və İraqdan yaxın zamanlarda çıxarılacağını, sərhədin qeyri-qanuni keçilməsi hallarının azaldığını və MS 13 cinayətkar qruplaşmasının məhv olduğunu bildirib.

Kremllə yaxın əlaqələrə malik vəkil Natalya Veselnitskaya

Donald Trampın oğlu ABŞ-da Natalya Veselnitskayanı təmsil edən musiqi publisisti Rod Qolstonla yazışmalarını çərşənbə günü açıqlayıb. Vəkil Donald Tramp oğulla keçən il iyun ayında görüşüb. Görüş Trampın Respublikaçılar partiyasından prezidentliyə rəsmən namizəd olmasından bir qədər sonra baş tutub.

Emaillər Rusiyanın keçən il ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı Konqresdə bir neçə təhqiqatın aparıldığı bir vaxt açıqlanıb.