Trampın büdcəsi ordunun gücləndirilməsini nəzərdə tutur
Your browser doesn’t support HTML5
Prezident Trampın yenicə ictimailəşən büdcə layihəsi həm ölkə daxilində, həm də xaricdə geniş reaksiyalara səbəb olub. Tramp xarici yardımı azaldaraq, müdafiə və hüquq-mühafizə xərclərini artırmaq niyyətindədir. Yeni administrasiya, həm də ətraf mühitin qorunması, xarici əlaqələr, incəsənət və ictimai yayım xərclərini də azaldılmasını təklif edir.