Donald Tramp hakimiyyətinin 100-cü gününü qeyd edir

ABŞ prezidenti Donald Tramp bu gün hakimiyyətinin 100-cü gününü Pennsilvaniya ştatında qeyd edir.

O, Pennsilvaniyada administrasiyasının ticarət razılığını nəzərdən keçirdiyi vaxt ordakı zavodda zərəncam izmalayıb.

Məqsəd 164 üzvlü Dünya Ticarət Mərkəzində Amerikaya bərabər münasibət göstərilib-gpstərilməməsinin müəyyən edilməsidir.

Tramp ştatın paytaxtı Harissburq şəhərində tərəfdarları qarşısında çıxış edəcək. Tədbir ona qarşı etiraz aksiyalarına təsadüf edir.

ABŞ dövlət başçısı yürüşdə 100 gün ərzində əldə etdiyi nailiyyətlərdən bəhs edəcək. Yürüşə 10 min insanın qatılacağı təxmin edilir.

Həftəlik radio müraciəti zamanı prezident deyib ki, onun hakimiyyətinin ilk 100 günü ABŞ tarixində ən nailiyyətli dövr olub.