Toyuq nəcisindən elektrik stansiyalarında istifadə edilə bilər [Video]

Your browser doesn’t support HTML5

Kömür ilə işləyən elektrik stansiyaları havaya istixana qazları buraxır və bu, havanın çirklənməsinə eləcə də iqlim dəyişikliyinə səbəb olur. Lakin elektrik stansiyalarında istifadə olunan kömürün təmxinən 10 faizi ... toyuq nəcisi ilə əvəz oluna bilər.

İsraildə toyuqlar elektrik stansiyalarını enerji ilə təmin edə bilər. Buna səbəb odur ki, tədqiqatçılar toyuq nəcisini tezalışan bərk biokütlə yanacağına çevirməyin yolunu inkişaf etdirib.

Biz onu təzyiqli sobaya salırıq və 250 dərəcədə qızdırırıq. Bu prosess zamanı su çox reaktiv olur və sobada baş verən kimyəvi proses orqanik nəcisi kömürə bənzər materiala çevirir,
Amit Qross

“Biz onu təzyiqli sobaya salırıq və 250 dərəcədə qızdırırıq. Bu prosess zamanı su çox reaktiv olur və sobada baş verən kimyəvi proses orqanik nəcisi kömürə bənzər materiala çevirir,” deyə Ben Gurion Universitetindən Amit Qross bildirir.

Enerji yaratmaq üçün fosil yanacaqlarını əvəzləyəcək materiallar tampaqla yanaşı, tədqiqatçılar toyuq fermalarındakı tullantılardan səmərəli istifadə edir.

“Bu tullantılar burada qalacaq və onların sayı artacaq. Biz isə buna bir çarə tapamalıyıq. Biz onları fosil yanacaqlarını əvəzləyəcək enerjiyə çevriməkdən başqa, heç nə üçün istifadə edə bilmərik,” Ben Gurion Universitetindən Vivian Mau söyləyir.

Onların burada əldə etdiyi uğur digər nəcislərdən istifadəyə gətirib çıxara bilər.

“Əgər biz insan nəcisindən də istifadə edə bilsək və kənd yerlərində sanitasiya məsələlərini aradaq qaldıra bilsək, yəni onların tullantılarını kömürə bənzər materiala çevirərik ki, ondan torpağı təmizləmək üçün lazım olan enerji üçün istifadə edək”, Qross deyir.

Tədqiqatçlar ümid edir ki, onların təmizlədiyi toyuq nəcisi dünya boyu istixana qazlarını xeyli azaltmağa yardım edəcək.