Toronto şəhərində silahlı hücum həyata keçirən şəxsin kimliyi müəyyən edilib

Kanadanın Toronto şəhərinin izdihamlı küçəsində 13 nəfəri yaralayan, 2 nəfəri isə qətlə yetirən şəxsin ailəsi onun ruhi xəstə olduğunu deyib.

Rəsmilər hücumda şübhəli bilinən 29 yaşlı Feysəl Hüseynin də hücum zamanı öldüyünü bildirsə də, onun özünü vurduğu və ya polis tərəfindən öldürüldüyü məlum deyil..

Feysəl Hüseynin bazar günü Greektown məhəlləsində 10 yaşlı qız uşağını və 18 yaşlı qızı qətlə yetirdiyi bildirilib.

Ailəsinın bazar ertəsi açıqladığı bəyanatda psixoz və depressiyadan əziyyət çəkən Hüseyinlə bağlı aldıqları gözlənilməz xəbərdən məyus olduqlarını bildirib.

Polis hələ də hücumun səbəblərini araşdırmaqda davam edir.

Toronto şəhərinin meri Con Tori şəhərdə silah probleminin mövcud olduğu və çoxları üçün silah əldə etməyin çox asan olduğunu deyib.