Sərgi Toğrul Nərimanbəyovun vəfatının 40-cı gününə həsr olunur
İyulun 11-də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı, xalq rəssamı Toğrul Nərimanbəyovun vəfatının 40-cı gününə həsr olunmuş "Toğrulu xatırlayaraq" adlı sərgi keçiriləcək. Sərgidə rəssamın Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyasında saxlanılan əsərləri nümayiş etdiriləcək. Bu barədə Mədəniyyət və Turizmi Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Toğrul Nərimanbəyov 7 avqust 1930-cu ildə Bakıda anadan olub. O, təhsilini Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində (1945), daha sonra isə Litva İncəsənət İnstitutunda (1950) davam etdirib, rəssamlıqla yanaşı Vilnüs Konservatoriyasında klassik vokal sənətinə də yiyələnib. 1955-ci ildə SSRİ Rəssamlar İttifaqına üzv qəbul edilib.
Dünyanın onlarla məşhur muzey, qalereya və şəxsi kolleksiyalarını bəzəyən təkrarolunmaz rəngkarlıq, qrafika, teatr-dekorasiya və s. əsərləri T.Nərimanbəyova böyük şöhrət qazandırıb.
Görkəmli rəssamın təltif olunduğu nüfuzlu beynəlxalq mükafat və medallar onlarladır. 1964-cü ildə Azərbaycanın Əməkdar Rəssamı, 1989-cu ildə isə SSRİ Xalq Rəssamı kimi yüksək fəxri adlara layiq görülüb.
T.Nərimanbəyova 1974-cü ildə Fikrət Əmirovun "Nəsimi haqqında poema" baletinin bədii tərtibatına görə Azərbaycanın, 1980-ci ildə Fikrət Əmirovun "Min bir gecə" baletinin bədii tərtibatına görə isə SSRİ-nin Dövlət mükafatları verilib, elə həmin il rəssam "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edilib. Toğrul Nərimanbəyov müstəqil Azərbaycanın "İstiqlal" və "Şərəf" ordenləri ilə təltif olunub.
T.Nərimanbəyov 2013-cü il iyunun 2-də Parisdə vəfat etmiş, iyulun 3-də Parisin mərkəzində yerləşən Passi qəbiristanlığında dəfn olunub.