72-ci Toni Mükafatları qaliblərinin adları açıqlanıb

İsrail şəhərində konsert verəcəyini nəzərdə tutan və səhvən başqa şəhərə gedən “Band's Visit” adlı Misir polis orkestri haqda müzikl bazar günü ən yaxşı yeni müzikl kateqoriyasında Toni Mükafatına layiq görülüb.

Band's Visit” müziklinin ulduzları Katrina Lenk və Toni Şalhub ən yaxşı aktyor kateqoriyası üzrə mükafat alıb.

2007-ci il eyni adlı İsrail filminə əsaslanan “Band's Visit” “Frozen”, “Mean Girls”, “SpongeBob SquarePants” adlı filmləri üzərində qələbə çalıb.

“Once On This Island” isə “My Fair Lady” və “Carousel” müzikllərinə qalib gələrək Toni mükafatına layiq görülüb.

Mükafatların təqdimat mərasimi bu dəfə də Robert De Niro Toni mükafatının qalibi Brüs Sprinqstinin ifasını təqdim etmək üçün səhnəyə çıxdıqdan sonra siyasət meydanına çevrilib.

De Nironun ABŞ prezidenti haqda nalayiq ifadəsi ayaq üstə alqışlarla qarşılayıb. Və aktyor bir daha alqışlanmaq üçün ifadəsini təkrarlayıb. CBS-TV kanalı televiziya izləyicilərini nəzərə alaraq nalayiq ifadələr işlədilməsini efirə verməyib.

Lakin Brodveyin bu sehrli gecəsində bir mükafat, 2018-ci il Teatr Təhsil mükafatı – Brodvey xaricində fəaliyyətinə görə Florida ştatının Parkland şəhərində Marjory Stoneman Douglas məktəbinin dram şöbəsinin rəhbəri Meloni Hertzfildə verilib.

Dram müəllimi məktəbdə 17 nəfərin ölümü ilə nəticələnmiş kütləvi qırğın zamanı onlarla uşağın həyatını xilas etdiyinə görə bu mükafata layiq görülüb.