“Azadlıq” qəzetin nəşrini davam etdirməsi ilə bağlı yolun tapılması çox vacibdir... Jurnalistlərə qarşı təzyiqlərin baş verməsi də arzuolunmazdır... İranda insan haqları ilə bağlı vəziyyət çox qorxulu və dəhşətlidir”
ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas Melia Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.
Onun başçılıq etdiyi nümayəndə heyətinə ABŞ-ın müxtəlif agentliklərinin, o cümlədən ədliyyə departamentinin və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) məsul şəxslərinin daxil olub.
“Bizim səfərimiz 10 dekabr- Beynəlxalq İnsan Haqları gününə təsadüf edir. Yeri gəlmişkən qeyd edim ki, 1918-ci ildə Azərbaycan qadınların səsvermə hüququnu tanıyıb və dünyada qadınlara səsvermə hüququ verən ilk ölkələr sırasındadır”, deyə cənab Melia vurğulayıb.
Onun başçılıq etdiyi nümayəndə heyəti prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, parlament üzvləri, müxalifətin təmsilçiləri, vətəndaş cəmiyyətinin nümayəndələri, QHT və gənc fəallarla görüşüb.
“Göründüyü kimi müxtəlif yaş qruplarına daxil olan Azərbaycan vətəndaşları ilə görüşlər keçirmişik.
Səfər zamanı Azərbaycanla əməkdaşlıq etdiyimiz bir sıra məsələləri, təhlükəsizlik, iqtisadi və dünyanın bu bölgəsində mövcud olan ortaq təhdidlərlə bağlı məsələləri müzakirə etdik. Biz Azərbaycanla bu kimi bir sıra sahələrdə əməkdaşlığımızı yüksək dəyərləndiririk”.
Cənab Melia Amerikanın əməkdaşlıq məslərinə toxunarkən xatırladıb: “Dövlət katibi Hillari Klintonun qeyd etdiyi kimi Amerikanın ən yaxşı əlaqələri o ölkələrlədir ki, onlar öz vətəndaşlarının insan haqlarına hörmətlə yanaşır. Bu kimi ölkələrlə siyasi fəaliyyətimizi də inkişaf etdiririk.
Apardığımız bütün söhbətlərdə, ö cümlədən dövlət rəsmiləri, qeyri-rəsmi şəxslərlə danışıqların əsas mövzusu Azərbaycanın demokratik siyasi sisteminin möhkəmləndirilməsi, qadınların, kişilərin, ümumilikdə vətəndaşların hüquqlarının təminatı sahəsində imkanların artırılması ilə bağlı olub”.
O deyib ki, 2013-cü ildə Azərbaycanda prezident seçkiləri keçiriləcək.
“Prezident seçkilərinə doğru irəlilədikcə biz Azərbaycanın ATƏT və digər təşkilatlar qarşısında götürdüyü öhdəlikləri nə dərəcədə yerinə yetirdiyini yaxından izləyirik”.
Dövlət katibinin müşaviri Amerikanın Səsi radiosunun Azərbaycanda insan hüquqlarının son durumu və Azərbaycan hökumətinin bu sahədəki siyasəti ilə bağlı sualının cavabında deyib ki, ABŞ insan haqları ilə bağlı fikirlərini hər il dərc etdirdiyi hesabatında çox aydın əks etdirir.
“Bu hesabatlarda ardıcıl olaraq Azərbaycanda insan hüquqları sahəsində mövcud olan vəziyyətlə bağlı qiymətləndirməni əks etdiririk. Hesabatlarda Azərbaycanın bu sahələrdə inkişaf üçün hələ görəcəyi işlərin olduğunu qeyd etmişik.
Qiymətləndirmələrimizdə çalışırıq ki, insan haqları ilə bağlı digər qrupların, beynəlxalq təşkilatların rəy və təkliflərini, qiymətləndirmələrini də nəzərə alaq, fikirlərimiz onlarla uzlaşdıraq. Eyni zamanda, Azərbaycan BMT, ATƏT və digər qurumlar qarşısında insan haqları ilə bağlı üzərinə öhdəlilər götürüb”.
Cənab Melia son vaxtlar Azərbaycanda baş verən müəyyən hadisələrin Amerikada narahatlıqlar doğurduğunu diqqətə çatdırıb.
“Xüsusilə, icazəsiz nümayişlərin keçirilməsi ilə bağlı cəzaların artırılması buna misal ola bilər. Bu cür addımlar, qanuna düzəlişlər insanların birləşmək, sərbəst toplaşmaq azadlıqlarının, hüquqlarının yerinə yetirilməsini məhdudlaşdırır. Hökumət çalışmalıdır ki, insanların sərbəst toplaşmaq, birləşmək azadlıqlarını həyata keçirməyə həvəsləndirən, ona imkan yaradan addımlar atsın, nəinki onları bu işdən çəkindirən, ruhdan salan addımlar”.
O Amerikanın Səsi radiosunun “Azadlıq” qəzetinin bağlanmaq təhlükəsi ilə bağlı sualının cavabında deyib ki, “Azadlıq” özünəməxsus tarixi ənənələrə malik olan bir qəzetdir.
“Bu qəzetin üzləşdiyi çətinliklər bizi narahat edir. Mən indiki halda qəzetinin bağlanma təhlükəsinin qarşısının alınmasının nədən ibarət olduğunu deyə bilmərəm. Ancaq, bir şeyi dəqiq deyə bilərəm ki, bu qəzetin öz nəşrini davam etdirməsi ilə bağlı yolun tapılması çox vacibdir. Çünki bu ümumilikdə ölkədə media azadlığını təcəssüm etdirir. Ölkədə bütün vətəndaşların hüquq və azadlıqları ilə bağlı vəziyyətə də öz təsirini göstərir.
Xüsusilə buna o kontekstdə yanaşmaq lazımdır ki, qarşıdan prezident seçkiləri gəlir. Biz çox istərdik ki, istər rəsmi, istərsə də digər yayım qurumları siyasi rəqiblərə, müxtəlif partiyalara məxsus şəxslərin öz ideya və proqramlarını geniş ictimaiyyətə açıqlamasına şərait yaratsınlar”.
Dövlət katibinin müşaviri jurnalistlərə təzyiqlərdən də danışıb.
“Bundan başqa, jurnalistlərə qarşı müəyyən təzyiqlərin baş verməsi də arzuolunmaz hallardır. Bunların arasında xüsusilə beynəlxalq ictimaiyyətin diqqətində olan jurnalist Xədicə İsmayılovaya qarşı olan bir məsələni qeyd etmək istərdim. Bu kimi məsələlər beynəlxalq ictimaiyyətin və müstəqil ekspertlərin Azərbaycanda azadlıqlarla bağlı vəziyyəti qiymətləndirərkən nəzərə aldıqları məqamlardır”.
Müşavir İranda insan haqlarının durumu ilə bağlı Amerikanın Səsi radiosunun sualına da cavab verib.
“İranda insan haqları ilə bağlı vəziyyət çox qorxulu və dəhşətlidir. Orada hüquq sahəsində lazımi proseslər təmin olunmur. Çox qeyri-müəyyən ittihamlar əsasında insanlar edam olunur və digər cəzalara məhkum edilir. Bir sıra səbəblərdən İran beynəlxalq aləmdən təcrid olunub və bu səbəblər arasında insan haqları ilə bağlı vəziyyətin çox acınacaqlı olması da var”.
Cənab Melia deyib ki, ABŞ müharibə nəticəsində öz doğma yurdlarından didərgin düşmüş azərbaycanlıların hüquqlarının pozulmasından narahatdır.
"Biz müharibə nəticəsində insanların öz doğma yurdlarından didərgin düşməsindən narahatıq. Biz bu kateqoriyaya aid insanlara humanitar yardım göstərmişik. Eyni zamanda Ermənistan və Azərbaycan arasındakı dalana dirənmiş bu vəziyyətin düzəlməsi üçün diplomatik səylərimizi göstəririk. ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin həlli üçün üç həmsədr ölkə Ermənistan və Azərbaycan hökumətləri ilə birgə yeni yaradıcı yollarla məsələnin həlli üçün öz səylərini göstərməlidir".
O sosial dəyərlər və azadlıqlarla bağlı sualın cavabında deyib ki, ola bilər kasıb və inkişaf etməmiş ölkələrə qarşı mövcud demokratik standartlar tətbiq oluna bilməz və ya tətbiq olunmamalıdır.
“Mən deyərdim ki, elə bir ölkə olsun ki, o qədər kasıb olsun ki, mətbuatın azadlığını təmin edə bilməsin”, deyə cənab Melia ən kasıb ölkələrin belə mətbuat azadlığını təmin edəcək gücə malik olduğunu xüsusi vurğulayıb.
O Amerikanının Azərbaycanla bağlı təhlükəsizlik, enerji təhlükəsizliyi və demokratiya ilə bağlı prioritetlərindən demokratiya məsələsinin birinci prioritet kimi diqqətdə saxlanması reallığı ilə bağlı sualın cavabında bildirib ki, bu üç prioritet Amerikanın siyasətində eyni dərəcədə bərabər əhəmiyyətə malikdir.
“Biz bu prioritetləri eyni vaxtda birgə şəkildə həyata keçirməyə çalışırıq. Biz müəyyən siyasət yürüdəndə yalnız öz təhlükəsizliyimizin artırılması üçün etmirik, eyni zamanda Azərbaycanın da təhlükəsizliyinin gücləndirilməsi üçün edirik. Demokratik dəyərlərin, eyni zamanda insan hüquqlarına hörmətin təşviq olunması Azərbaycanın təhlükəsizliyinin artırılmasına xidmət edə bilər. Eyni zamanda Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılması, onların ictimai debatlarda sərbəst şəkildə iştirakı və iqtisadiyyatın hazırki imkanlarından bəhrələnə bilməsi ümumilikdə Azərbaycanın xeyrinədir”, cənab Melia qeyd edib.

Apardığımız bütün söhbətlərdə, ö cümlədən dövlət rəsmiləri, qeyri-rəsmi şəxslərlə danışıqların əsas mövzusu Azərbaycanın demokratik siyasi sisteminin möhkəmləndirilməsi, qadınların, kişilərin, ümumilikdə vətəndaşların hüquqlarının təminatı sahəsində imkanların artırılması ilə bağlı olub.
Səfər zamanı Azərbaycanla əməkdaşlıq etdiyimiz bir sıra məsələləri, təhlükəsizlik, iqtisadi və dünyanın bu bölgəsində mövcud olan ortaq təhdidlərlə bağlı məsələləri müzakirə etdik. Biz Azərbaycanla bu kimi bir sıra sahələrdə əməkdaşlığımızı yüksək dəyərləndiririk”.
Cənab Melia Amerikanın əməkdaşlıq məslərinə toxunarkən xatırladıb: “Dövlət katibi Hillari Klintonun qeyd etdiyi kimi Amerikanın ən yaxşı əlaqələri o ölkələrlədir ki, onlar öz vətəndaşlarının insan haqlarına hörmətlə yanaşır. Bu kimi ölkələrlə siyasi fəaliyyətimizi də inkişaf etdiririk.
Apardığımız bütün söhbətlərdə, ö cümlədən dövlət rəsmiləri, qeyri-rəsmi şəxslərlə danışıqların əsas mövzusu Azərbaycanın demokratik siyasi sisteminin möhkəmləndirilməsi, qadınların, kişilərin, ümumilikdə vətəndaşların hüquqlarının təminatı sahəsində imkanların artırılması ilə bağlı olub”.
O deyib ki, 2013-cü ildə Azərbaycanda prezident seçkiləri keçiriləcək.
“Prezident seçkilərinə doğru irəlilədikcə biz Azərbaycanın ATƏT və digər təşkilatlar qarşısında götürdüyü öhdəlikləri nə dərəcədə yerinə yetirdiyini yaxından izləyirik”.
Dövlət katibinin müşaviri Amerikanın Səsi radiosunun Azərbaycanda insan hüquqlarının son durumu və Azərbaycan hökumətinin bu sahədəki siyasəti ilə bağlı sualının cavabında deyib ki, ABŞ insan haqları ilə bağlı fikirlərini hər il dərc etdirdiyi hesabatında çox aydın əks etdirir.
“Bu hesabatlarda ardıcıl olaraq Azərbaycanda insan hüquqları sahəsində mövcud olan vəziyyətlə bağlı qiymətləndirməni əks etdiririk. Hesabatlarda Azərbaycanın bu sahələrdə inkişaf üçün hələ görəcəyi işlərin olduğunu qeyd etmişik.
Qiymətləndirmələrimizdə çalışırıq ki, insan haqları ilə bağlı digər qrupların, beynəlxalq təşkilatların rəy və təkliflərini, qiymətləndirmələrini də nəzərə alaq, fikirlərimiz onlarla uzlaşdıraq. Eyni zamanda, Azərbaycan BMT, ATƏT və digər qurumlar qarşısında insan haqları ilə bağlı üzərinə öhdəlilər götürüb”.
Xüsusilə, icazəsiz nümayişlərin keçirilməsi ilə bağlı cəzaların artırılması buna misal ola bilər. Bu cür addımlar, qanuna düzəlişlər insanların birləşmək, sərbəst toplaşmaq azadlıqlarının, hüquqlarının yerinə yetirilməsini məhdudlaşdırır. Hökumət çalışmalıdır ki, insanların sərbəst toplaşmaq, birləşmək azadlıqlarını həyata keçirməyə həvəsləndirən, ona imkan yaradan addımlar atsın, nəinki onları bu işdən çəkindirən, ruhdan salan addımlar.
Cənab Melia son vaxtlar Azərbaycanda baş verən müəyyən hadisələrin Amerikada narahatlıqlar doğurduğunu diqqətə çatdırıb.
“Xüsusilə, icazəsiz nümayişlərin keçirilməsi ilə bağlı cəzaların artırılması buna misal ola bilər. Bu cür addımlar, qanuna düzəlişlər insanların birləşmək, sərbəst toplaşmaq azadlıqlarının, hüquqlarının yerinə yetirilməsini məhdudlaşdırır. Hökumət çalışmalıdır ki, insanların sərbəst toplaşmaq, birləşmək azadlıqlarını həyata keçirməyə həvəsləndirən, ona imkan yaradan addımlar atsın, nəinki onları bu işdən çəkindirən, ruhdan salan addımlar”.
O Amerikanın Səsi radiosunun “Azadlıq” qəzetinin bağlanmaq təhlükəsi ilə bağlı sualının cavabında deyib ki, “Azadlıq” özünəməxsus tarixi ənənələrə malik olan bir qəzetdir.
“Bu qəzetin üzləşdiyi çətinliklər bizi narahat edir. Mən indiki halda qəzetinin bağlanma təhlükəsinin qarşısının alınmasının nədən ibarət olduğunu deyə bilmərəm. Ancaq, bir şeyi dəqiq deyə bilərəm ki, bu qəzetin öz nəşrini davam etdirməsi ilə bağlı yolun tapılması çox vacibdir. Çünki bu ümumilikdə ölkədə media azadlığını təcəssüm etdirir. Ölkədə bütün vətəndaşların hüquq və azadlıqları ilə bağlı vəziyyətə də öz təsirini göstərir.
Xüsusilə buna o kontekstdə yanaşmaq lazımdır ki, qarşıdan prezident seçkiləri gəlir. Biz çox istərdik ki, istər rəsmi, istərsə də digər yayım qurumları siyasi rəqiblərə, müxtəlif partiyalara məxsus şəxslərin öz ideya və proqramlarını geniş ictimaiyyətə açıqlamasına şərait yaratsınlar”.
Dövlət katibinin müşaviri jurnalistlərə təzyiqlərdən də danışıb.
“Bundan başqa, jurnalistlərə qarşı müəyyən təzyiqlərin baş verməsi də arzuolunmaz hallardır. Bunların arasında xüsusilə beynəlxalq ictimaiyyətin diqqətində olan jurnalist Xədicə İsmayılovaya qarşı olan bir məsələni qeyd etmək istərdim. Bu kimi məsələlər beynəlxalq ictimaiyyətin və müstəqil ekspertlərin Azərbaycanda azadlıqlarla bağlı vəziyyəti qiymətləndirərkən nəzərə aldıqları məqamlardır”.
İranda insan haqları ilə bağlı vəziyyət çox qorxulu və dəhşətlidir. Orada hüquq sahəsində lazımi proseslər təmin olunmur. Çox qeyri-müəyyən ittihamlar əsasında insanlar edam olunur və digər cəzalara məhkum edilir.
Müşavir İranda insan haqlarının durumu ilə bağlı Amerikanın Səsi radiosunun sualına da cavab verib.
“İranda insan haqları ilə bağlı vəziyyət çox qorxulu və dəhşətlidir. Orada hüquq sahəsində lazımi proseslər təmin olunmur. Çox qeyri-müəyyən ittihamlar əsasında insanlar edam olunur və digər cəzalara məhkum edilir. Bir sıra səbəblərdən İran beynəlxalq aləmdən təcrid olunub və bu səbəblər arasında insan haqları ilə bağlı vəziyyətin çox acınacaqlı olması da var”.
Cənab Melia deyib ki, ABŞ müharibə nəticəsində öz doğma yurdlarından didərgin düşmüş azərbaycanlıların hüquqlarının pozulmasından narahatdır.
ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin həlli üçün üç həmsədr ölkə Ermənistan və Azərbaycan hökumətləri ilə birgə yeni yaradıcı yollarla məsələnin həlli üçün öz səylərini göstərməlidir.