Məşhur: Tom Kruzla Keyti Holmsun boşanma prosesi cəmi 11 gün davam etdi

Hər kəs boşanma prosesinin uzun, cansıxıcı olacağını gözləyirdi. Amma belə olmadı. Tom Kruz və Keyti Holms nəzərdə tutulmuş vaxtadək işləri öz yerinə qoydular. Keytinin boşamağa ərizə verməsindən cütlüyün razılığı imzalamaları 11 günə başa gəldi. Bu günədək Hollivudda heç nə 11 günə başa gəlməyib. Prosesin şərtlərinin nədən ibarət olmasını bilmirik, amma aldığımız məlumata görə qızları Suriyə əsas qəyyumluq hüququ Keytiyə veriləcək.

Tomiyə isə 6 yaşlı qızı ilə ara bir görüşmək hüququ verilib. Keyti tənha ana olmağa hazırlaşdığı bir zaman, Tom yeni filminin çəkilişlərinə qayıdıb. Biz 50 yaşlı aktyorun boşanma barədə razılıq imzalandıqdan bir neçə gün sonra Kaliforniyada Cun gölünün sahilində “Yaddaşsızlıq” filminin çəkilişlərində görmüşük. Yəqin ki,Tom Keytin boşanma planını hazırlamaq məqsədilə məxfi mobil telefonundan istifadə etməsi barədə məlumatdan fikrini yayındırmaq üçün çəkilişlərə fikrini cəmləyib. Keyti xəbəri Toma çatdırması üçün onun İslandiyada film çəkilişinə getməsini belə gözləyib.

Şayiələr gəzir ki, Keytinin boşanma qərarına gəlməsində Tomun Sayentologiya ilə əlaqəsi basilica rol oynayıb və indi Keytinin Nyu York şəhərindəki Sant Fransis Xaviyer kilsəsinin üzv olması bizi şayiələrə inanmağa vadar edir. Bilmirik ki, Keyti boşanmadan nə qədər pul əldə edəcək. Amma bir şeyi əminliklə deyə bilərik ki, Keyti prosesdən qalib çıxacaq.