Tokio və atletlər misli görünməmiş Olimpiya Oyunlarına hazırlaşırlar

İki həftədən qısa bir müddət sonra dünyanın 11 mindən çox ən yaxşı atleti son onillərin ən qeyri-adi Olimpiya Oyununda iştirak etmək üçün Tokioya yola düşəcək.

Atletlər boş stadionlarda yarışacaqlar, çünki Olimpiya oyunlarının təşkilatçıları cümə günü fikir dəyişərək, koronavirus hallarının yenidən artması səbəbilə izləyicilərin iştirakını qadağan ediblər.

Bu qərar Yaponiya Baş naziri Yoşihide Suqanın COVID-19 hallarının artması səbəbilə Tokioda fövqəladə vəziyyət elan etməsindən sonraya təsadüf edib.

“Delta ştammının təsirlərini nəzərə aldıqda və ölkə boyu yoluxmaların yenidən artmasının qarşısını almaq məqsədilə biz qoruyucu tədbirlər görməliyik,” Suqa deyib.

Heç kəsin oyunları canlı izləməsinə icazə verilməməsi bilet sahibləri və atletləri tərəfindən məyusluqla qarşılansa da, bir çox Yaponiya vətəndaşı bu xəbəri alqışlayıb, çünki onlar aylardır oyunlara qarşı etiraz edirdilər. May ayında keçirilən milli sorğunun nəticələri respondetlərin 83 faizinin Olimpiya Oyunlarının təxirə salınmasını və ya ləğv edilməsini dəstəklədiyini göstərib.

Tennis oyunçusu Nik Kirgios cümə axşamı Twitter vasitəsilə oyunlarda geri çəkildiyini elan edib və buna səbəb olaraq azarkeşlərin olmamasını və ayağında xəsarət olmasını göstərib.

COVID-19 ötən il dünya boyu böyük ziyanlar vurmağa başladığından bəri 2020 Yay Olimpiya Oyunları ləngimələr, artan xərclər, sağlamlıqla bağlı təhlükələr və bir sıra başqa problemlərlə üzləşib.

Oyunların rəsmi xərci 15.4 milyard dollardır, lakin hökumətin ötən dekabr ayında keçirdiyi audit həqiqi xərclərin 28 milyarda yaxın olduğunu göstərib.

Oyunlar üçün təxminən 7.8 milyon biletin hazırlanacağı gözlənilirdi ki, bu da təxminən 800 milon dollar gəlir gətirəcəkdi.

Artan qiymətlər və koronavirusla bağlı narahatlıqlara baxmayaraq, iyulun 23-dən avqustun 8-ə qədaər keçiriləcək dinc yarışlar üçün 200-dən ölkənin iştirak edəcəyi gözlənilir.

Gracenote adlı əyləncə məlumatları şirkətinin bildirdiyinə görə, ABŞ-ın böyük fəqrlə ən çox medal qazanacaq ölkə olacağı gözlənilir.

“Bu, Amerika komandasının medal sayı baxımından birinci yerdə gəldiyini ardıcıl olaraq yeddinci Yay Oyunları ola bilər,” Gracenote bildirib.

Çin və Rusiyanın ümumi medallar sayına görə ikinci və üçüncü yerdə gələcəkləri gözlənilir. Lakin Rusiya rəsmi olaraq ölkə olaraq yarışmır, çünki Dünya Dopinq Əleyhinə Agentlik rusiya atletlərinə sistematik dopinq səbəbilə Rusiyaya iki illik qadağa qoyub.

Bunun əvəzinə 335 rusiyalı atlet neytral atlet kimi “Rusiyanın Olimpiya Komitəsi” adı altında yarışacaqlar və onların Rusiya bayrağı və ya milli himnindən istifadə etmələri qadağandır.

Kanada, Avstraliya və Şimali Koreya pandemiya səbəbilə Tokio Olimpiya Oyunlarından geri çəkiliblər.