İranın Tehran şəhərindəki Evin həbsxanasında saxlanılan siyasi məhbus Tohid Əmir Əmini 5 günlük məzuniyyətinin bitməsi ilə Evin həbsxanasına qayıdıb.
13 dekabrda 350 milyon tümənlik zamin müqabilində məzuniyyətə buraxılan güneyli siyasi məhbus Tohid Əmir Əmini cümə günü dekabrın 18-də Evin həbsxanasına geri dönüb. Siyasi məhbus 22 ay həbsdə qaldıqdan sonra ilk dəfə məzuniyyətə buraxılmışdı.
SEE ALSO: Tohid Əmir Əmini Evin Həbsxanasından məzuniyyətə buraxılıbƏmini keçən ilin fevral ayının 21-də Beynəlxalq Ana Dili Gününü qeyd etmək üçün Tehranda broşür yaymaq səbəbilə saxlanılaraq Evin həbsxanasına köçürülmüşdü.
Ötən ilin iyun ayının 23-də Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin sədrliyi ilə qurulan məhkəmə iclasında Əmini "İranın milli təhlükəsizliyini pozmaq" və "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamları ilə üzləşmişdi. O, birinci ittihama görə 7 il 6 ay, ikinci ittihama görə isə 1 il 5 ay azadlıqdan məhrum edilmişdi.
Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsi tərəfindən Tohid Əmir Əminiyə verilən hökm Tehran Apellyasiya Məhkəməsinin 36-cı şöbəsinin sədri hakim Əhməd Zərgərin tərfindən 7 il 6 ay həbs cəzasına endirildi və daha sonra qəbul edilən yeni bir qanun çərçivəsində 5 il həbs cəzası ilə dəyişdirildi.
İran həbsxanalarında COVID-19 xəstəliyinin yayılmasından dolayı bir çox məhbus məzuniyyətə buraxılsa da, Abbas Lisani və Lətif Həsəni kimi siyasi məhbusların müvəqqəti olaraq sərbəst buraxılmalarına icazə verilmir.