Toğrul Atabay dünyada mövcud olan dillər və ləhcələrin adlandırılmasının dilçilik elminə deyil, daha çox siyasi maraqlara əsaslanaraq həyata keçirildiyini deyir. Amerikanın Səsi ilə söhbətdə “dil”, “ləhcə” və “ağız” kimi bölgülər arasındakı fərqləri şərh edən türkoloq dövlətlərin etnik azlıqlara qarşı yürütdüyü assimilyasiya siyasətləri nəticəsində ortaya çıxan yanlış dil adlandırmaları, eləcə də, yeni millət-dövlətlərin yaranması ilə bəzi ləhcələrin müstəqil dil kimi təqdim edilməsinə diqqət çəkir.
Your browser doesn’t support HTML5
Son vaxtlarda İran Azərbaycanında bəzi yerli məsullar o cümlədən, Həsən Ruhani höküməti tərəfindən təsis edilmiş Azərbaycan Kültür və Sənət Quruluşu (Fondu) əməkdaşları İran Azərbaycanına məxsus və Təbrizdə danışılan dil əsasında "meyar dilin" yaradılmasının zərurətindən bəhs edirlər.
Güneyli türkoloq isə siyasi motivlərdən qaynaqlanan dil adlandırmalarının qərəzli olduğunu vurğulayır:
“Rəsmi dil adlandırmaları çox vaxt siyasi qayğılardan, bəzən rəsmi siyasi məzhəblərdən, dinlərdən qaynaqlanan ard-niyyətli adlandırmalardır. Bunlara biz dilçilikdə “misnomer” deyirik, yəni yanıldıcı ya məqsədli şəkildə olan yanlış adlandırma.”
Bu yanlış adlandırma zamanla bilincsiz ola bilər, türkcənin osmanlıca ya çağatayca adlandırılması kimi. Ya da, türkcə mövzusunda, İran tərəfindən ortaya atılan Azəri adlandırılması kimi şüurlu ola bilər. Və ya anlaşmalı olar, məsələn Orduca və Hindcə arasındakı din fərqindən dolayı yaranan ya siyasi münaqişədən sonra ortaya çıxan adlandırma.Toğrul Atabay
Onun söylədiklərinə görə, “böyük ölçüdə indi ortada olan adlandırmaların çoxu siyasi qayğılarla, istər ulus-dövlətlərin başqa ulus-dövlərdən ayrışması səbəbi ilə, və ya hakim olan ulus-dövlətlərin öz azlıqları üzərində yürütdüyü bir assimilassiya politikasından dolayı ortaya çıxan yanlış adlandırmalar ya misnomerlərdir. Bu adlandırmalar gerçək dilçilik baxımından deyil.”
Atabay bu yanlış adlandırmaların bəzən şüursuz, bəzən şüurlu, bəzən də anlaşmalı bir şəkildə meydana gəldiyini deyir:
“Bu yanlış adlandırma zamanla bilincsiz ola bilər, türkcənin osmanlıca ya çağatayca adlandırılması kimi. Ya da, türkcə mövzusunda, İran tərəfindən ortaya atılan Azəri adlandırılması kimi şüurlu ola bilər. Və ya anlaşmalı olar, məsələn Orduca və Hindcə arasındakı din fərqindən dolayı yaranan ya siyasi münaqişədən sonra ortaya çıxan adlandırma. Bunlar təbii ki dilçilik açısından bir dəyər daşımır, dilçi açısından ard-zamanlı (diaxronik) adlandırma əsasdır. Yəni, dil kökəni, qohumluğu və dilçilik ölçülərinə görə adlandırılar...”
Türkiyənin dil institutlarında çalışan güneyli araşdırmaçı bir dilin fərqli coğrafiya və bölgələrdə, eləcə də müxtəlif ictimai təbəqələr arasında danışıldığı formalarının nə şəkildə adlandırıldığını açıqlayaraq “ləhcə”, “ağız”, “sosiolekt” və “şivə” kimi dil bölgülərinin nə olduğunu şərh edir:
“Normalda dilçilikdə biz bir dili daha alt bölmələrə ayırdığımızda “ləhcə”yə/dialektə ayıra bilərik. Onun daha ast bir birimi “ağızlar” və ya aksentlər olur ki bu daha çox yerli və ya çoğrafi çeşitlənməyə görə ayrılır. Bəlli bir dilin dəyişik coğrafiyalardakı danışıq halı, bir də eyni şəkildə yerli olmayanların da danışmaları bu aksent şəklində adlandırıla bilər... Daha kiçik çeşitlənmələr də var; o cümlədən dəyişik topluluqlar, səlqələr və siniflərin dili ki bunlara normalda “sosiolektlər” deyilir yəni arqolar (jarqonlar). Bir də “şivə” şəklində bir ayrım olur ki kəskin bir sınır sayılmır.”
Türkcədən örnək versək, məsələn iki min il bundan öncə ana Türkcədən ayrılmış olan Çuvaşcanın münasibəti Türkcəyə dil isə, daha yaxın anlaşıla bilər şəkildə olan Türk dilləri, Orta Asiyada olanlar, bəziləri baxımından dil, bəziləri baxımından da ləhcə olaraq, Azərbaycanda danışılan Türkcə isə ümumiyyətlə ləhcə kimi və ya bəzən dil bilimindən uzaq bir termin olaraq şivə şəklində adlandırılır. Bunların fərqli coğrafiyalarda işləndiyi şəkilləri də ağız adlandırılır.Toğrul Atabay
Onun söylədiklərinə görə, “Siyasi qayğılardan uzaq, sadəcə dil bilimi açısından baxıldığında, bir ana dildən zaman olaraq bəlkə yüzillər boyunca, bəzən də min ili aşan bir sürə içində dəyişik dillər ya ləhcələr doğular. Bu məsələdə təbii ki coğrafi yayılma, kültürəl bölünmə və bəzən saxta yapay səbəblər də ləhcələr və dilləri ortaya çıxara bilir. Bunların içində işarə etdiyimiz siyasi səbəblər, bundan daha çox dini və məzhəbi qarışmaların da rolu olur. Ağızlar yəni kiçik ləhcələr zamanla böyük ləhcələrə dönüşür və bunlar zamanla bir dövlət dili və siyasət dili ağırlığına gəldikdən sonra zamanla yazı dili şəklində ana dildən ayrışır.”
Atabay həmin ayırmaların Türk dil və ləhcələri üzərində necə tətbiq edildiyini də anladır.
Onun söylədiklərinə görə, “Türkcədən örnək versək, məsələn iki min il bundan öncə ana Türkcədən ayrılmış olan Çuvaşcanın münasibəti Türkcəyə dil isə, daha yaxın anlaşıla bilər şəkildə olan Türk dilləri, Orta Asiyada olanlar, bəziləri baxımından dil, bəziləri baxımından da ləhcə olaraq, Azərbaycanda danışılan Türkcə isə ümumiyyətlə ləhcə kimi və ya bəzən dil bilimindən uzaq bir termin olaraq şivə şəklində adlandırılır. Bunların fərqli coğrafiyalarda işləndiyi şəkilləri də ağız adlandırılır.”
Güneyli araşdırmaçı siyasi adlandırmaların bəzən müvəqqəti olduğu və zamanla dəyişə bildiyinə diqqət çəkir. O, Sovetlər dövründə adı Moldova dilinə çevrilmiş Moldova ölkəsinin rəsmi dilinin adının bir neçə il öncə təkrar orijinal adı olan Rumın dilinə dəyişdirilməsinə işarə edir.
Toğrul Atabay Türkiyə, Azərbaycan və İranda yürüdülən siyasətlərə işarə edərək türk dilinin bu ölkələrdə danışılan ləhcələrinə fərqli adların verilməsində müstəmləkəçi siyasətlərinin rol oynadığını qeyd edir.