Avropa Məhkəməsi Müsavat başqanı müavininin azadlıq hüququnun pozulmasını tanıyıb

Müsavat başqanının müavini Tofiq Yaqublu İsa Qəmbərlə (Foto Arif Hacılının Facebook səhifəsindən götürülüb)

Avropa İnsan Haqları Məhkəməsi noyabrın 5-də Müsavat Partiyası başqanının müvini Tofiq Yaqublu ilə bağlı qərarını elan edib.

Vəkil Nemət Kərimli Amerikanın Səsinə bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsi Tofiq Yaqubluya qarşı Avropa İnsan Haqları Konvensiyasının 5.1 maddəsinin - azadlıq hüququnun pozulmasını tanıyıb. Məhkəmənin qərarına əsasən Azərbaycan hökuməti Yaqubluya 24 000 avro kompensasiya ödəməlidir.

Tofiq Yaqublu 2013-cü il yanvarında İsmayıllıda baş vermis iğtişaşlardan sonra həbs edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 2014-cü il martın 17-də İsmayıllıda iğtişaşların təşkili ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Amnesty İnternational Tofiq Yaqublunu “vicdan məhbusu” elan edib.