"Tofiq Yaqublunun səhhətinə nəsə olsa, onun məsuliyyəti İlham Əliyevdədir" 

Your browser doesn’t support HTML5

İyunun 24-də Nizami rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun işi üzrə hazırlıq iclası keçirilib. Bugünkü prosesdə vəkillər Tofiq Yaqubluya qarşı həbs qətimkan tədbirinin dəyişdirilməsi, cinayət işinə xitam verilməsi və ailəsinə məxsus avtomobilin qaytarılması, məhkəmə tərkibinə etirazla bağlı vəsatətlər verib. Lakin məhkəmə heç bir vəsatəti təmin etməyib. Məhkəmədə zərərçəkmişlər də iştirak edib. Tofiq Yaqublunun qızı Nigar Həzi deyir ki, bu həbs siyasi sifarişdir. Tofiq Yaqublu isə məhkəmədən ədalətli qərar gözləmədiyi deyib. Növbəti məhkəmə avqustun 5-ə təyin edilib.