Tofiq Yaqublu ev dustaqlığına buraxılıb
Your browser doesn’t support HTML5
Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb. Tofiq Yaqublu 17 gün idi ki, həbsinə etiraz olaraq aclıq aksiyası keçirirdi. Məhkəmənin qərarından sonra o aclığı dayandırıb.