“Bir ailənin varlanmaq ehtirası, kresloda qalmaq ehtirası, ömürlük hakimiyyətdə qalmaq ehtirası millətin gələcəyinin üstündən xətt çəkib. Başqa İlham Əliyevin heç bir hədəfi yoxdur. İlham Əliyevi ancaq hakimiyyətini qorumaq qayğılandırır.”
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu İlham Əliyev Novruz təbirikində müxalifətə qarşı ittihamlar irəli sürməsini şərh edib.
O, İlham Əliyevin çıxışının təəssüf doğruduğunu və etik çərçivələrə sığmadığını bildirib. Yaqublu ölkə başçısının müxalifətə əsassız hücum etdiyi və çox ağır ifadələr işlətdiyini bildirib.
“Onsuzda o çox qanunsuz addımlar atıb və bayram ərəfəsində ölkə xalqına təbrik yollamaq, barış mesajları vermək yerinə, müxalifəti tənqid edib," o deyib.
Tofiq Yaqublu həmçinin İlham Əliyevin son zamanlar müxalifətə qarşı bu ifadələrdən çox işlətdiyini deyib.
“Bu ifadələr onun müxalifətə qarşı nə qədər qərəzli və kinli olduğunu göstərir,” o deyib.
Tofiq Yaqublu ölkə müxalifətinin İlham Əliyevlə şəxsən heç bir qərəzinin olmadığını, heç bir halqa qanunsuz iş görmədiyini və onların istəklərinin ölkədə demokratik quruluş yaratmaq olduğunu deyib.
“Biz deyirik ki, çağdaş dünyada xalqların, millətlərin, cəmiyyətlərin xoşbəxt olması üçün demokratik quruluş, hüquqi cəmiyyət yaradılmalıdır və o demokratik seçkilərdən keçir, insan hüquqlarının təminatından keçir, amma bu, Azərbaycanda yoxdur,” o bildirib.
Tofiq Yaqublu prezidentin çıxışının çox pis nümunə olduğunu və tarixə düşəcəyini deyib.
"Cəmiyyətə nifrət toxumu aşılayır, cəmiyyətə nifrət, düşmənçilik təlqin edir. Belə idarə etmək olmaz. Belə idarə olunan cəmiyyətin heç bir halda xoşbəxt gələcəyi olmaz.”
O həmçinin Ilham Əliyevin Azərbyacan iqtsiadiyyatını da məhv etdiyini deyib.
SEE ALSO: Arif Hacılı: İlham Əliyev Azərbaycan xalqına barmaq silkələdi, müxalifətə hədə-qorxu gəldi
“İlham Əliyev bu ilər ərzində məqsədyonlü şəkildə Azərbaycan iqtisadiyyatını öldürüb. Azərbaycan iqtisadiyyatını öldürmək, onun inkişafına mane olmaq əslində düşmənə xidmətdir”, Yaqublu deyib.
Bir ailənin varlanmaq ehtirası, kresloda qalmaq ehtirası, ömürlük hakimiyyətdə qalmaq ehtirası millətin gələcəyinin üstündən xətt çəkib. Başqa İlham Əliyevin heç bir hədəfi yoxdur.
Tofiq Yaqublu İlham Əliyevin çıxışında koronavirus səbəbilə ölkədə fövqəladə vəziyyət yarandığı təqdirdə müxalifətin təcri oluna biləcəyini deməsinə də münasibət bildirib. Onun fikrincə prezident koronavirusdan müxalifətə qarşı istifadə etmək fikrimdədir.
"Onları karantinə ala bilər. Beləliklə o insanın fəaliyyət imkanı daraldıralacaq, nəzarətdə olacaq, ətraf mühitlə əlaqəsi məhdudlaşırılacaq və müxalifətçilik fəaliyyəti də məhdudlaşıdırlacaq” o söyləyib
Tofiq Yaqublu hesab edir ki, İlham Əliyev koronavirusdan sevmədiyi müxalifət nümayəndələrindən qurtulmaq üçün istifadə edə bilər.
"Mümkünündür ki, İlham Əliyevi ən çox zəhləsi getdiyi, ən çox ehtiyatlandığı müxalifətçiləri, müxalifət liderlərini bilərəkdən, xüsusi qaydada yoluxdura bilər bu virusa və onların məhvinə nail ola bilər."