İranda yaşayan azərbaycanlıların sevimlisi, Təbrizin “Traktorsazi” futbol komandası bu gün ilk dəfə olaraq Asiya Çempionlar Liqasında oyunlarında iştiraka başlayıb. Amerikanın Səsinin (www.amerikaninsesi.org) məlumatına görə, qitə miqyaslı turnirlərdə təcrübəsinin olmamasına baxmayaraq təbrizlilər güclü rəqibləri Birləşmiş Ərəb Əmirliklərinin Əl-Cəzirə komandasına qalib gəlib.
Hesabı matçın 37-ci dəqiqəsində "Traxtur"lu Mehdi Səyid-Salehi açıb. 60-cı dəqiqədə Mehdi Kərimianın ötürməsi ilə Cavad Kazımian hesabı 2-0 edib. 79-cu dəqiqə də Əl-Cəzirə hesab fərqinin minimuma endirsə də, 81-ci dəqiqədə Məsud İbrahimzadə hesabı müəyyən edib: 3-1. Qoldan dörd dəqiqə sonra təbrizlilər azlıqda qalsa da, bu, hesaba təsir etməyib.
Yadigar İmam stadionunda keçirilən matçda 67000-dən çox fanat matçı canlı izləyib. Stadion tam dolduğundan çox sayda həvəskar ətraf təpəliklərə toplaşıblar. Ekspertlər Traktorsazinin qələbəsində başlıca rolu ictimai dəstəyin oynadığını istisna etmirlər.
Oyundan əvvəl Traxtur azarkeşlərinin saytları və facebook səhifələri “Traxtur və Traxturçular Asiya oyunlarına hazırlaşır,” deyə elanlar veriblər. Saytlar yazıb ki, Təbriz komandasının fanatları bu matçlarda Azərbaycan Türklərinin milli tələblərini beynəlxalq cəmiyyətlərə çatdırmaq üçün hazırlıq işləri görülüb.
İllərdir ki, Traxtur İran Azərbaycanında təkcə idmansevərlərin deyil, milli fəalların da diqqət mərkəzində olub. Azərbaycan şəhərlərində baş qaldıran etiraz aksiyalarında İran İslam Respublikasının sərt güc tətbiqi və kütləvi həbslərlə üzləşən milli fəallar son illərdə futbol stadionlarını mübarizə meydanına çeviriblər.