Ukrayna prezidenti Viktor Yanukoviç Avropa ittifaqı ilə ticarət razılığını imlamamasına baxmayaraq, Vilnüs sammitinə qatılacaq. Bu haqda bəyanat verən baş nazir Mıkola Azarov bildirib ki, prezident Rusiya və Aropa İttifaqı rəsmiləri ilə Ukraynanın iqtisadi durumunu müzakirə edəcək.
Avropa lderləri razılığın imzalanmasına Rusiyanın mane olduğunu bildirir.
Ukraynalılar hökumətin Avropa İttifaqı ilə ticarət razılığını imzalamaması qərarına etiraz olaraq, Kiyevdə aksiya keçirib.
Ukraynanın NAvropa tərəfdarı nümayişçilər paytaxt Kiyevin mərkəzində etiraz aksiyasını bu gün də davam etdirib. Onlarla çadırın qurulduğu meydanda bəzi nümayişçilər artıq ikinci gecədir gecələyir.
Nazirlər Kabineti Avropa İttifaqı ilə ticarət və əməkdaşlıq razılığının imzalanmasına hazırlıqların təxirə salındığını ötən həftə bəyan edib.
Baş nazir Mıkola Azarov deyib ki, proses Ukraynanın milli maraqları nəzərə alınaraq dayandırılıb. Razılıq Litvanın paytaxtı Vilnüs sammitində imzalanmalı idi. O, Rusiyanın başçılığı ilə Belarus və Qazaxıstanın daxil olduğu Gömrük birliyi ilə bağlı müzakirələrə başlanacağını bildirib.
Bu arada, Ukraynanın müxalifət lideri Yuliya Timoşenko Ukrayna hökumətinin Avropa Birliyi ilə ticarət razılığına imza atması tələbi ilə qeyri-müəyyən müddətə aclıq aksiyasına başlayıb.
Xanım Timoşenko aclıq aksiyasına başladığını dünən qərarı "çətin, ancaq qaçılmaz" adlandıran prezident Viktor Yanukoviçin razılıq planı istiqamətində faəliyyəti dayandırıdığını elan etməsindən sonra açıqlayıb.
Parlament sabiq baş nazir Timoşenkonun azad edilməsini nəzərdə tutan qanun layihəsi təsdiq olunmadıqdan sonra Avropa Birliyi paktı da təxirə salınıb.
Ukrayna ilə sazişin əldə edilməsi üçün AB-nin müəyyən etdiyi başlıca şərtlərdən biri xanım Timoşenkonun azad edilməsi idi.