Time jurnalı Bayden və Harrisi "İlin adamı" elan etdi

Time jurnalı 2020-ci ildə prezident seçilən Co Bayden və yeni seçilmiş vitse-prezident Kamala Harrisi "İlin adamı" elan etdi.

Jurnalın baş redaktoru Edvard Felsental "Amerika hekayəsini dəyişdirdiyi, empatiyanın bölünməyə səbəb olan qəzəbdən daha böyük oluğunu göstərdiyi, kədərli bir dünyada şəfanın olduğu göstərdiyi" üçün Bayden və Harrisin bu şərəfə layiq olduqlarını bildirib.

Felsental həmçinin qeyd edib ki, "Franklin Ruzveltdən bəri seçilən hər bir prezident vəzifə müddətində, ondan çoxu isə prezdient seçildiyi il 'İlin adamı' seçilib, lakin bu ilk dəfədir ki, vitse-prezident də bu ada layiq görülür."

Time jurnalı 2016-cı ildə Donald Trampı da prezident seçildiyi üçün "İlin adamı" elan etmişdi.

Jurnal cümə axşamı həmçinin Koreyanın oğlanlardan ibarət BTS qrupunu "İlin Əyləncəsi" və Los Ancelesin Lakers basketbol komandasının ulduzu LeBron Ceymsi "İlin idmançısı" elan edib.