Reks Tillerson ABŞ dövlət katibi kimi ilk dəfə Böyük 20-liyin sammitində iştirak edir

ABŞ dövlət katibi Reks Tillerson Almaniyada keçirilən beynəlxalq danışıqlarda iştirak etmək məqsədi ilə Böyük 20-liyin xarici işlər nazirləri ilə görüşə ilk dəfə qatılarkən rusiyalı həmkarı ilə görüşəcək.

Tillerson çərşənbə günü Almaniyanın Bonn şəhərində keçirilən görüş çərçivəsində Yəmənin nümayəndə heyəti ilə müzakirələr aparıb.

Bonn şəhəri yaxınlığında Bad Neuenahr otelində keçirilən görüşə bir neçə başqa nümayəndələrlə bərabər Britaniya xarici işlər naziri Boris Conson və Səudiyyə xarici işlər naziri Adel Əl Cubeyr də qatılıb.

Conson və Tillerson daha sonra ikitərəfli görüş də keçirib.

Böyük 20-liyin sammitinə Almaniyanın yenicə xarici işlər naziri vəzifəsinə təyin edilən Siqmar Qabriel ev sahibliyi edib.

Tillersonun səfərindən əvvəl ABŞ rəsmiləri bildirib ki, sabiq Exxon Mobile neft şirkətinin rəhbəri görüş zamanı əsasən həmkarlarını dinləyəcək.

Tillersonun cədvəlinə Britaniya, Türkiyə, İtaliya, Cənubi Koreya, Yaponiya və Braziliyanın xarici işlər nazirləri ilə görüş daxildir.

Sammit çərçivəsində onun əsas görüşü isə Rusiya xarici işlər naziri Sergey Lavrovla olacaq.