ABŞ Rusiya münasibətləri ən aşağı səviyyəyə çatıb

Your browser doesn’t support HTML5

ABŞ dövlət katibi Reks Tillerson Rusiya prezidenti Vladimir Putinlə və xarici işlər naziri Sergey Lavrovla görüşlər keçirib. Tərəflər arasında Suriyada mülki əhalinin ölümünə səbəb olmuş kimyəvi hücumla bağlı dərin fikir ayrılıqları qalmaqdadır.

Dövlət katibi Tillerson Rusiya prezidenti Vladimir Putinlə bağlı qapılar arxasında görüşdən sonra Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransı keçirib.

Tillerson münasibətlərin durumunun aşağı səviyyədə olduğunu deyib.

“ABŞ-Rusiya münasibətlərinin hazırkı durumu aşağı səviyyədədir. İki ölkə arasında etibar səviyyəsi aşağı səviyyədədir. Dünyanın nüvə silahına malik iki ən güclü ölkəsi arasında münasibətlər belə olmamalıdır.”

Rusiyanın Mir televiziyasına müsahibəsi zamanı Putin bu fikrə oxşar açıqlamalar verib. O, Birləşmiş Ştatlar və Rusiya arasında münasibətlərin prezident Donald Trampın hakimiyyətə gəlməsindən sonra pisləşdiyini deyib.

“Qeyd etmək lazımdır ki, işgüzar səviyyədə, xüsusilə də hərbi səviyyədə etibar daha yaxşı səviyyəyə çatmatıb, əksinə pisləşib”-deyə Putin bildirib.

Münasibətlərdə gərginlik keçən həftə Suriyada mülki əhaliyə qarşı kimyəvi silahlardan istifadə edilməsinə dair iddialar və ABŞ-ın Suriyada aviabazaya raket zərbələri endirməsi ilə əlaqədardır.

Lavrov ABŞ-ın raket hücumlarını qeyri-qanuni adlandırıb və ABŞ-ın davranışını gözlənilməz adlandırıb. Bununla belə kimyəvi hücumla bağlı təhqiqat aparılmasına dair razılıq əldə edilib.

Rusiya xarici işlər naziri Sergey Lavrov:

“Biz amerikalı həmkarlarımızın belə bir təhqiqata dəstəyə hazır olduğunu gördük. Biz BMT və Kimyəvi Silahlara Qadağa Təşkilatının öz səlahiyyətlərindən dərhal istifadə edəcəyinə arxalanırıq.”

Rusiya 80-dən çox insanın ölümünə səbəb olan kimyəvi hücumda Suriya üsyançılarını günahlandırıb və BMT- Təhlükəsizlik Şurasında Suriyanı qınayan qətnaməyə veto qoyub.

Tillerson deyib ki, Suriya prezidenti Bəşar Əl-Əsəd ailəsinin hakimiyyətinin sonu çatır. O, Moskvanı Əsədə dəstəyi dayandırmağa çağırıb. Təhlilçilər bunun baş verəcəyinə inanmır.

Moskvada Karnegi Mərkəzinin nümayəndəri Aleksandr Baunov: “Bu, Rusiyanın prestiji və nüfuzunun azalması deməkdir. Buna görə də, onlar çox ciddi səbəblər olmayınca bunu etməyəcək.”

Rusiya bildirib ki, Suriyanın hava hövzəsinin təhlükəsizliyinə dair ABŞ-a raket hücumuna görə dayandırdığı razılığı bərpa edəcəyini bildirib. Lakin bunun üçün Vaşinqtonun Əsəd qüvvələrini hədəf almayacağı şərti qoyulub. Moskva Əsəd ordusunun terrorçuları hədəf aldığını iddia edir.

Təhlilçilərin sözlərinə görə, Suriyanın məşğul səmasında korrodinasiya aparılmaması daha böyük münaqişə riskini artırır.

Moskva Beynəlxalq münasibətlər institutunun nümayəndəsi Viktor Mizin:”Amma ən mühüm indi birbaşa hərbi qarşıdurmaya Və Allah göstərməsin... Rusiyanın və Birləşmiş Ştatların hərbi hava qüvvələri arasında toqquşmaya yol verməməkdir.”

Son insidentlərlə əlaqədar iki super qüvvə arasında münasibətlərin yaxşılaşması üçün potensial olub-olmadığı sualı qalır.