ABŞ dövlət katibi Reks Tillerson ABŞ ilə Şimali Koreya arasında gərginliyin artdığı bir vaxt, cümə günü yüksək səviyyəli Çin liderləri ilə danışıqlar aparmaq məqsədilə Pekinə yola düşür.
Tillerson səfərindən öncə, çərşənbə günü Müqəddəs Taxtın xarici işlər naziri arxiyepiskop Qallagerlə görüşüb. Görüşdən sonra müxbirlərlə keçirilən sorğu-sual zamanı Şimali Koreya məsələsi də müzakirə olunub:
Müxbir: “Cənab katib, Kim Conq Unla aparılan tvitter mesajlaşmasının vəziyyətin yaxşılaşdırılmasına necə təsiri ola bilər?”
Tillerson: “Biz diplomatik səylərimizi davam etdirəcəyik və ümid edirik ki, problem bu yolla həll olunacaq”.
Tillerson cümə günündən bazar gününədək Pekində olmağı planlaşdırır. Prezident Trampın isə Çinə səfərinin noyabr ayında baş tutacağı gözlənilir.
Tillerson və digər rəsmilər Birləşmiş Ştatların Pxenyanda rejim dəyişikliyinin olmasını istəmədiyini və Şimali Koreya lideri Kim Conq Unu devirmək üçün heç bir addım atmadığını vurğulayır.