Tillerson Rusiyanın təcavüzünü qınayır

Your browser doesn’t support HTML5

ABŞ dövlət katibi Reks Tillerson Rusiyanın qonşularına qarşı münasibətini, ələlxüsus da seçki proseslərinə müdaxiləsini və qeyri-demokratik idealları təbliğ etməsini qınayıb. Gələn həftə baş tutacaq Avropa səfərindən öncə Tillerson Birləşmiş Ştatların avropalı müttəfiqlərinə sərhədlərini qorumaq və Rusiya nefti və qazından olan asılılıqlarını azaltmalarına yardım edəcəyini bildirib.