İslam Dövləti yaraqlıları Tıkrıt şəhəri yaxınlığındakı neft sahəsini yandırıb

İslam Dövləti yaraqlıları Tıkrıt şəhəri yaxınlığındakı neft sahəsini yandırıb. Şahidlərin dediyinə görə, dünəndən bəri yanğın sahəsindən qalxan tüstü ərazini bürüyüb.

Bu neft obyekti islamçı yaraqlıların əlinə keçməzdən əvvəl gündə 25 min barrel xam neft və 150 milyon kub metr qaz istehsal edirdi.

Obyektin mühəndisi Reuters xəbər agentliyinə bildirib ki, İslam Dövləti Ajil obyektindən daha az miqdarda neft çıxarır.

Avqust ayında bomba hücumları bu sahəyə ciddi ziyan virib. Hazırda Tıkrıtdan 35 kilomertllik məsafədə yerləşən Ajil İrana arxalanan Bədr Təşkilatı və İraq əsgərlərinin yaxınlaşmağa çalışdığı bölgədir.

Əsgərlər və milis dəstələri də cənub və şimaldan şəhərə doğru irəliləyir. Onların gələn bir neçə gün ərzində birgə hücumları nəzərdə tutulur. Onlar ilk əvvəl Əl-Dour, daha sonra Tıkrıta hücum etməlidir.