Tibetin xaricdəki icması Harvard universitetinin məzununu baş nazir vəzifəsinə təyin edib

  • Amerikanın səsi

Tibetin xaricdəki icması Harvard universitetinin məzununu baş nazir vəzifəsinə təyin edib

Tibetin xaricdəki icması Harvard universitetinin məzununu baş nazir vəzifəsinə təyin edib. 42 yaşlı Lobsabg Sanqay Dalay Lamanı əvəz edəcək. Onun görəcəyi ilk iş qürbətdəki hökimətin təşkili olacaq. Səslərin 55 faizini əldə edən Sanqay onlarla ölkədə yaşayan 50 min tibetlinin qərarı ilə baş nazir olacaq. Hazırda ABŞ-da olan yeni lider bir neçə aydan sonra Hindistandakı “paytaxtları” Daramsalaya köçəcək. Dalay Lamadan 34 yaş cavan və daha dünyəvi baxışa malik olan Lobsabg Sanqay Hindistanda qaçqın düşərgəsində dünyaya gəlib. O, heç vaxt Tibetdə olmayıb.