Malayziya məhkəməsi tibbi əməliyyat nəticəsində cinsini dəyişərək qadın olmuş şəxsin rəsmən qadın kimi tanınmasını qəbul etməyib.
Əşrəf Hafiz Əbdül Əziz 2008-ci idlə Tailandda cinsini dəyişmək üçün əməliyyatdan keçib. Lakin Qeydiyyat Departamenti onun şəxsiyyət vəsiqəsində adının dəyişdirilməsi haqda xahişi rədd edib.
Bu gün məhkəmə qərar çıxarıb ki, insanın şəxsiyyəti anadan olanda müəyyən edilməlidir.