Alimlər heyvan qara ciyərini inkişaf etdirərək insan qara ciyəri əldə edəcək
Stiv Qarsiya şorba bişirərkən o və onun iti Manni nə etmək lazım olduğunu bilir. Stiv aşpazdır, Manni isə aradabir bişiriləndən dadır. Ancaq iki il əvvəl qara ciyər xəstəliyi Stivi yorğan-döşəyə salmışdı. Yemək onun ən son istədiyi şey idi.
“Mənim heç iştahım yox idi, heç yemək yemək istəmirdim. Transplantasiya yaxınlaşdıqca vəziyyət getdikcə pisləşirdi.”
Stivin yeni qara ciyərə ehtiyacı vardı. Transplantasiya cərrahı Dr. Meri Killakey deyir ki, vaxt az qala bitmişdi.
“Təsəvvür et ki, böyük həyəcanla donor gözləyirsən.”
Wake Forest Universitetinin regenerativ tibb sahəsi üzrə mütəxəssis alimləri transplant sahəsində inqilab edəcək yeni layihə üzərində çalışırlar.
“Biz insan qara ciyərini ixtira edən ilk biomühəndis qrupuyuq. Bu o deməkdir ki, bizim istifadə etdiyimiz bütün hüceyrələr insan mənbəyindən götürülüb. Bu bütün hüceyrələri götürdükdən sonraki haldır”
Kiçik heyvan qara ciyərinə yuyucu maddə tətbiq etdikdən sonra bütün heyvan hüceyrələrini kənarlaşdıraraq qara ciyərin kollagen eşafot formasını əldə edirik. Daha sonra həmin bu eşafota insan hüceyrələri əlavə edirik. Bunlar da ki, onu doldurmaq üçün böyüyəcək.
“Biz saplaq və progenitor hüceyrələrindən istifadə edirik. Biz onları xüsusi məhlulda inkişaf etdiririk və sonra onları qara ciyər eşafotuna və ya qara ciyər düzəltmək üçün biomateriala yükləyirik.”
Nəticə? Bapbalaca insan qaraciyəri. Vədedicidir, ancaq gediləsi yol uzundur.
“Biz insan qara ciyəri ölçüsünü əldə etmək üçün bunu yüzqat böyütməliyik.”
Əgər tədqiqatçılar buna nail ola bilsə...
Stivdəki kimi uğurlu sonluqların sayı xeyli çoxala bilər.