Your browser doesn’t support HTML5
Mindi Siler müalicəsi olmayan xəstəliklə mübarizə aparır. Hər gün, nəfəsi dayanana qədər.........
Mindi Siler: `Öz-özümə deyirəm. Bunun bir sonu olmalıdır. Mən artıq nəfəs ala bilmirəm.`
Mindidə Sistik Fibroz xəstəliyi var.
Həkimlərin müalicəsini tapmağa çalışdığı bu ölümcül xəstəlik irsidir. ABŞ-da hər il təxminən 30 min uşaq və böyük bu xəstəliklə mübarizə aparır. Bu insanlar orta hesabla cəmi 30 il yaşayır.
Arizona ştatında alimlər yeni texnologiyanın köməyi ilə bu xəstəliyin qarşısını almaq və onun müalicəsinin təkmilləşməsinin yollarını araşdırır.
28 yaşlı Mindi Siler üçün təmiz havada olmaq təhlükəlidir.
Mindi müxtəlif sipmtomlarla tez-tez xəstəxanaya aparılır.
Mindi Siler: `Mən ağ ciyərimin vəziyyətindən asılı olaraq xəstəxanada 23 günlə 55 gün arasında qalmalı oluram.`
Xəstəliyə orqanizmdə kimyəvi maddələr mübadiləsinin pozulması və bunun nəticəsində bəlğəmin çoxalması səbəb olur. Bu isə ağ ciyər yollarını tutur.
Erik Sinder həkimdir:` Bu xəstələrin ağ ciyərində hüceyrələrdə xloridlərin sayı kifayət qədər olmur, bu isə ağ ciyərin qurumasına gətirib çıxarır.`
Bu hala nəzarət etmək üçün nəfəs yollarının təmizlənməsi proseduru tətbiq edilir. Xəstəyə narkoz verilir. Ağ ciyərə boru vasitəsilə xüsusi maye buraxılır, sonra həmin maye oradan çıxarılıb təhlil edilir.
İndi Arizona universitetində əczaçılar və tibb mütəxəssislər yeni test üzərində işləyir. Bu test xəstənin nəfəsini tənzimləməklə ağ ciyərin nəmliyi və ya quruluğunu yoxlamağa imkan verəcək. Məqsəd daha yüngül test vasitəsilə Sistik Fibroza daha yaxşı nəzarət etməkdir.
Mindi Sistik Fibrozun qarşısını ala bilməyəcəyini bilir. Amma bu gənc qadın təslim olmaq istəmir.
Mindi Siler: `Bacardığım qədər mübarizə aparacam, yaşamaq uğrunda vuruşacam.`