Ümümdünya Səhiyyə Təşkilatı tibb bacılarına qlobal miqyasda ciddi ehtiyac duyulacağını bildirib.
Təşkilat xəbərdarlıq edib ki, xüsusilə COVID-19 pandemiyası zamanı tibb bacıları çatışmazlığı milyonlarla insanı həyat təhlükəsi qarşısında qoya bilər.
Təşkilat Dünya Sağlamlıq Günü münasibəti ilə Tibb Bacıları Şurası ilə birgə hesabat hazırlayıb.
191 ölkənin məlumat bazasından alınan informasiya çox zamanlar tibb işçilərinin misilsiz əməyinə lazımi qiymət verilmədiyini göstərir. Əməkləri yüksək dəyərləndirilməkdənsə, şəfgət bacıarı ayrı-seçkilik və təzyiqlərlə üzləşir, az maaşla saatlarla çalışmağa məcbur qalır.
Tibb bacıları dünyada səhiyyə işçilərinin yarısından çoxunu təşkil edir. Hesabatda deyilir ki, dünyada 29 milyon tibb bacısı fəaliyyət göstərir. Lakin buna baxmayaraq, hələ də 6 milyon tibb işçisinə ehtiyac duyulur.
Afrika, Cənub-Şərqi Asiya, Aralıq dənizi hövzəsinin şərq sahilləri, Latın Amerikası kimi ölkələrdə bu işçilərin ağır şəraitlərdə çalışdığı qeyd edilir.
“Biz bilirik ki, infeksiya reytinqi, tibbi yanlışlıqlar, xəstliklərin ağırlaşmalarının identifikasiyası, ölüm göstəriciləri tibb bacılarının az olduğu yerlərdə müşahidə edilir" - deyə, Beynəlxalq Tibb Bacıları Şurasının icraçı direktoru və hesabatın həm-müəllifi Hovard Katton bildirib.
Hesabatda bir çox zəngin ölkənin öz tibbi ehtiyaclarının qarşılanması üçün kifayət qədər tibb işçisi yetişdirmədiyi qeyd edilib. Belə ki, onlar xaricdən öz ölkələrində ala bilmədikləri daha yüksək maaşlarla tibb bacılarını işə götürür.
İnkişaf etmiş ölkələrdən necə deyərlər, beyinlərin qaçırılması praktikasına son qoyulmalıdır.
Bunu hesabatın digər bir həm-müəllifi Meri Vatkins bildirib.
Tibb işçiləri arasında infeksiyalara yoluxanların dəqiq sayı bilinmir. Ümümdünya Səhiyyə Təşkilatı COVID-19-a yoluxan tibb işçilərinin sayını göstərən heç bir məlumat bazasının mövcud olmadığını deyir.
İtaliyada son 2 həftə ərzində tibb işçilərinin 9 faizinin koronavirusa yoluxduğu bildirilir. İspaniyada bu göstərici 14% təşkil edir.
İndiyədək 100-ə yaxın tibb işçisi bu infeksiyaya yoluxaraq həyatını itirib.