Səssiz qurban: Rusiya-Ukrayna müharibəsinin ətraf mühitə vurduğu ziyan 56 milyard dollardır

Your browser doesn’t support HTML5

Noyabrın 6-ı Beynəlxalq Müharibə və Silahlı Münaqişələrdə Ətraf Mühitin İstismarının Qarşısının Alınması Günüdür. Ukrayna baş prokurorunun dediyinə görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ətraf mühitə verdiyi zərər təxminən 56 milyard dollara bərabərdir. Ukraynalı ekoloji fəallar və hüquq-mühafizə orqanları ekoloji cinayətlər haqqında məlumat toplayırlar.

Ekoloji fəal Yulia Marxel bu ilin iyununda Kaxovka bəndinin dağıdılması nəticəsində təsirə məruz qalan İnhulets çayından su nümunələri götürür.

“Saat 11:22, yer – Snihurivka şəhəri, İnhulets çayıdır,” “Let’s do it Ukraine”-ın lideri Yulia Marxel deyir.

Ukrayna rəsmiləri Rusiyanı bəndin bir hissəni partlatmaqda günahlandırır. Rusiya isə bu ittihamı rədd edir. Bununla belə partlayışın təsiri anında hiss edilib.

“Kaxovda bəndindən su dalğası 80 kənd və şəhərdən 200 kilometr məsafəyə çatıb. Yaxınlıqdakı kiçik çaylarda suyun səviyyəsi artıb. Snihurivkadakı İnhulets çayı adətən 60 metr genişliyindədir. O zaman [partlayışdan sonra] 1.5 kilometr oldu,” Marxel bildirir.

“Let’s do it Ukraine” ekoloji fəallıq qrupunun üzvləri Kaxovka bəndinin dağıdılmasının zərərini araşdırmaq üçün artıq üç ekspedisiya həyata keçirib. Amma onlar deyir ki, faciənin əsl miqyasını hesablamaq çətindir.

“Biz su nümunələri götürürük və zəhərli maddələr axtarırıq. Araşdırmadan sonra ətraf mühitə, dəniz heyvanlarına və şirin su mənbələrinə ümumi təsiri biləcəyik. Ancaq Dnipro çayının o biri sahilində nə olduğunu öyrənməliyik; Bu ərazi indi ruslar tərəfindən işğal olunub,” Yuliya Marxel deyir.

Bəzi su nümunələri dondurulub, əlavə tədqiqat üçün Avropa laboratoriyalarına göndəriləcək. Ukraynalı alimlər suda artıq ağır metallar aşkar edib.

“Ekoloji baxımdan bu maddələr maksimum yolverilən konsentrasiyaları keçib. Zəhərli olmaqla yanaşı, onlar həm də kanserogendirlər. Onlar insan orqanizmində toplana və xərçəngə səbəb ola bilər,” Ukraynanın Dəniz Ekologiyası Elmi Mərkəzindən Yuri Oleynik deyib.

“Let’s Do It Ukraine”-in fəallarının dediyinə görə, Kaxovka bəndi fəlakəti 1986-cı ildə Çernobıl AES-də baş verən qəzadan sonra Avropada ikinci ən pis bənzər hadisədir. Ukrayna Baş Prokurorluğu bəndin dağıdılmasını ekosid adlandırır.

“Milli qanunvericiliyə əsasən, ekosid ekoloji fəlakətə səbəb ola biləcək flora və faunanın kütləvi şəkildə məhv edilməsi, havanın və suyun çirklənməsi kimi müəyyən edilir. Ətraf mühitə zərərin sərhədi, vətəndaşlığı, milliyəti yoxdur. Kaxovka bəndinə hücum kimi hadisələr transsərhəd xarakter daşıyır,” Ukrayna Baş Prokurorunun xüsusi müşaviri Maksim Popov bildirir.

Ukrayna dünyada ekosidləri cinayət hesab edən ilk ölkələrdən biridir. Ölkə həmçinin ekosidləri beynəlxalq cinayətə çevirmək üçün dünya miqyasında eko-təşkilatlarla işləyir.

“Biz bunun beynəlxalq cinayət hesab edilməsinə çağırış dirik, yəni Beynəlxalq Cinayət Məhkəməsinə, çünki orada hətta yüksək səviyyəli liderlər üçün də toxunulmazlıq yoxdur və həm də orada əldə edilə bilən tutarlılıq səviyyəsi var və insanlar onu ciddi qəbul edir, çünki ora, əlbəttə ki, ən ağır cinayətlərin nəzərə alındığı yerdir,” “Stop Ecocide International”ın həmtəsisçisi Coco Mehta deyir.

Ukraynadakı müharibənin ətraf mühitə vurduğu zərərin ilkin dəyəri əlli altı milyard dollardır. Fəalların qeyd etdiyi kimi, ekologiya ev və ya şəhər kimi deyil; onu bir-iki ilə bərpa etmək olmaz.