Ukrayna Xarici İşlər Nazirliyi rusların Ukraynaya hərbi müdaxilədə iştirak edən qohumlarının durumunu öyrənə bilmək üçün telefon nömrələri paylaşıb. Onlar xüsusən də “sağ olub-olmadıqlarını, əsir düşüb-düşmədiklərini, xəsarət alıb-almadıqlarını” öyrənə bilərlər.
"Əgər yaxınlarınız son aylarda təlimlərə gedibsə və onlarla heç bir əlaqə qurmamısınıza, çox güman ki, onlar Ukraynaya hücumda iştirak edirlər. İki gün ərzində 3000-dən çox rusiyalı müdaxiləçi Ukrayna hərbçiləri tərəfindən öldürüb, 200-dən çoxu isə əsir götürülüb” - deyə, Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
“Əgər sizə doğma olan insan bizdə əsir düşübsə, əriniz, oğlunuz üçün qısa mesaj buraxa bilərsiniz”, - ukraynalı diplomatlar ruslara təklif ediblər.
Rusiya Federasiyasının Müdafiə Nazirliyi Rusiyanın Ukrayna ilə müharibədə itkilərinin olub-olmadığı barədə məlumat vermir. Bir gün əvvəl, fevralın 25-də nazirliy “Rusiya silahlı qüvvələrinin Ukraynanın demilitarizasiyası əməliyyatı zamanı itki vermədiyini” iddia edib.
Rusiya silahlı qüvvələri Fevralın 24-dən etibarən Ukraynanın bütöv ərazisində hədəflərə qarşı havadan zərbələr endirir. Kyivdə atışmalar gedir, Ukrayna ordusu işğalçı rus bölmələri ilə döyüşür.