Tayvanda sərnişin təyyarəsinin körpüyə dəyməsi nəticəsində 23 adam həlak olub. Təyyarədə olan 59 sərnişinin 20-si tapılmayıb.
Sosial mediada yayılan video və şəkillərdə yaxınlıqdakı hündür binalardan yan keçərək təyyarənin körpüyə dəydikdən son sonra dayaz Keelung çayına düşdüyü göstərilir.
Xilas dəstələri biri körpə uşaq olmaqla, insanları sudan çıxarmağa nail olub.
Təyyarə Taypeydən Kinmen adasına uşurdu. Qəzanın səbəbləri araşdırılır.
Bir ildən az bir müddətdə istifadəyə verilən təyyarənin yanvar ayının 26-da təhlükəszilik yoxlanışından keçdiyi bildirilir.