Teymur Hacıyev: Azərbaycanda beynəlxalq səviyyəyə çıxa biləcək filmlərin istehsalı yaxın zamanda mümkün ola bilər

Teymur Hajiyev

Azərbaycan artıq dörd ildir ki, Fransada Kann kinofestivalının rəsmi proqramında iştirak edir. Bu il Azərbaycan kino dünyasının ən mötəbər tədbirlərindən biri hesab edilən Kann kinofestivalına iki qısametrajlı film təqdim edib.

Bunlardan biri Azərbaycan və Rusiya kinematoqraflarının istehsalı olan “Sonuncu” filmidir. Festivalın “Rejissor ikihəftəliyi” proqramına isə “Ayrılıqda” (“Torn” ) filmi daxil edilib. Filmin rejissorları Elmar İmanov və Engin Kundaq, prodüseri isə Teymur Hacıyevdir.

Teymur Hacıyev filmin Kann kinofestivalında dünya premyerasından sonra Amerikanın Səsinə müsahibədə filmin proqrama salınması və ona verilən rəylər, eləcə də Azərbaycanın festivalda iştirakı və ölkədə kinematoqrafiyanın durumundan danışıb.

Your browser doesn’t support HTML5

Teymur Hacıyevlə müsahibə



67-cı Kann kinofestivalı mayın 14-dən 25 –dək davam edib.

Azərbaycanlı rejissor Elmar İmanovun ən böyük uğurlarından biri 2012-ci ildə Amerika Kino Akademiyasının gənc kinematoqrafçılar üçün təsis etdiyi Tələbə Oskarı mükafatına layiq görülməsi olub. Hazırda Almaniyada yaşayan rejissor yüksək mükafatı “Tabutçunun yelləncəyi” qısametrajlı filminə görə alıb.