Hesabat: Ayrılmış miqrant ailələrinin birləşməsində texnologiya çatışmazlığı mövcuddur

ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi sıfır tolerantlıq siyasətinə əsaslanan miqrant ailələrinin ayrılmasında istifadə edilən texnologiya sisiteminə dair hesabat hazırlayıb. 2018-ci ili əhatə edən hesabat çərşənbə günü açıqlanıb.

Baş Müfəttiş Ofisinin bildirdiyinə görə, parçalanan ailələrin dəqiq sayı məlum deyil. Bildirilib ki, sərhədləri qanunsuz keçən uşaqlı ailələr cinayətkar kimi ittiham edilib.

Nəticədə sərhəddə ailələrin ayrılması geniş yayılmış bir təcrübəyə çevrilib.

Nazirlik sıfır tolerantlıq siyasətinin həyata keçirilməsində cavabdeh olan kadrlar barədə məlumat verməyib. Sərhəd patrul agentliklərinin 3014 uşağı ailələrindən ayırdığı təxmin edilir.

Müstəntiqlər sərhəd patrul xidməti tərəfindən ailə ayrılıqlarının qeydiyyata alınmamasına görə, yalnız 1400 hadisəni müəyyən edə bilib.

Baş Müfəttiş Ofisi ayrılmış ailələrin izlənməsi və yenidən birləşməsi üçün sistemlərini inkişaf etdirmək üçün nazirliyə beş tövsiyə verib.

Daha çox təlim, Birləşmiş Ştatların Sərhəd Patrulunun vəzifəli şəxsləri "ayrılmış miqrant ailə üzvlərini izləmək üçün sahə işçilərinin bacarıqlarını", İT sistemində "istifadəçi səhvlərini məhdudlaşdırmaq və məlumatların keyfiyyətini yaxşılaşdırmaq" üçün zəruri dəyişiklikləri və mühafizə sahəsində daha yaxşı koordinasiyanı təmin etməli. Səhiyyə və İnsanlara Xidmət Departamenti miqrant ailənin yenidən birləşməsi üçün standart bir əməliyyat prosesini yaratmaq "yollarını müəyyənləşdirməlidir."

DTN və onun alt bölmələrinin rəsmiləri Amerikanın Səsinin şərh istəyinə cavab verməyib.