Prezident Donald Trampın ABŞ-Meksika sərhədində divar vədi sentyabr ayında hökümətin bağlanmasına gətirib çıxara bilər. Demokratlar və bəzi respublikaçılar divarın 1,6 milyard dollara dəyib-dəymədiyini sual edir. Divarın Kapitolidən 2700 kilometr uzaqlıqda Texasın Del Rio şəhərində inşa edilməsi planlaşdırılır. Yerli qanun mühafizə orqanlarının işçiləri və sakinlər deyir ki, məsələ Vaşinqtonun düşündüyündən daha mürəkkəbdir.
Rio Qrande - iki ölkəni ayıran çaydır.
İnfrastruktur olsa belə, bu əraziyə nəzarət etmək üçün çox sayda işçi heyəti tələb olunur.Metyu Hudak
“Meksika tərəfindən çaya girmək rahatdır, çünki su dayazdır”, deyə ABŞ Sərhəd Patrul Xidmətindən Maddoks bildirir.
Korri Maddoks sərhədsiz immiqrantların bu çayı keçmək üçün hər yola əl atdıqlarına şahid olub.
“Onlar bərələrdən, atlardan, xilasedici dairələrdən istifadə edir”, deyə o bildirir.
İmmiqrantların çoxuna sərhədi keçmək üçün ən yaxşı yolu bilən qaçaqçılar yardım edir.
Sərhəd Patrul xidmətinin işçiləri çayı yüksəklikdəki sıldırım qayadan izləyir. Lakin çayın kənarındakı 3 kilometrlik hasarın ətrafındakı ərazini qamışvari qarğılar əhatə etdiyi üçün, həmin ərazi çox isti və qorxuludur.
ABŞ-ı Meksikadan ayıran Rio Qrande çayı Sərhəd Patrul xidmətinin işçilərinin nəzarət etdiyi ərazilərdən yalnız biridir. Onlar həm də yüksəklikdəki səhralara gedir və Pekos çayının ətrafındakı kanyonlarda axtarış və xilasetmə işləri aparır.
Kanyonlar və isti səhraları keçmək elə divarı aşmaq qədər çox çətindir.
Metyu Hudak deyir ki, sərhəd təhlükəsizliyi problemi asanlıqla həll oluna bilməz.
“İnfrastruktur olsa belə, bu əraziyə nəzarət etmək üçün çox sayda işçi heyəti tələb olunur”, deyə Hudak bildirir.
Şəhəryanı ərazilərdə hasar nəticə verə bilər, amma səhrada ən yaxı işi insanlar görür.
“Bu asan iş deyil. Bura, insanlara nəzarət etmək üçün ən çətin ərazidir”, Maddoks deyir.
Yerli hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, uzun divarla bağlı müzakirələrə səbəb sərhəddəki topoqrafiyadır.
Əgər bir insan Nyu-Yorkun mərkəzində 9 milyard dollarlıq bir imperiya qura biləcək qədər sağlam düşüncəyə sahibdirsə, divarı inşa etmək üçün də eyni düşüncəyə sahib olmalıdır.Li Vezersbi
“Məncə bizim qraflığımızda, uzun divara ehtiyac yoxdur”, deyə Val Verde Qraflığının şerrifi Co Frank Martinez bildirir.
Şerrif Co Frank Martines deyir ki, burada heç bir təhlükə yoxdur və prezident Tramp şəxsən buraya gəlsə, fərqli bir reallıqla üzləşə bilər.
“İnsanlar sərhədə gəlməlidir. Divarla bağlı danışan insanlar gəlib buranı görməlidir”, o deyir.
Del Rionun bəzi sakinləri Trampın reallığı dərk etmədiyini düşünür.
“Əgər bir insan Nyu-Yorkun mərkəzində 9 milyard dollarlıq bir imperiya qura biləcək qədər sağlam düşüncəyə sahibdirsə, divarı inşa etmək üçün də eyni düşüncəyə sahib olmalıdır”, deyə Del Rio sakini Li Vezersbi bildirir.
Bütün bunlara baxmayaraq, Trampın sərhəddə divar inşa etmək istəyi hələ də Vaşinqtonda müzakirə edilməyə davam edir.