Texas rəsmiləri Qərbi Nil virusunun qarşısını almağa çalışır

Texasda rəsmilər bu ştatda 21 adamın ölümünə bais olmuş Qərbi Nil virusunun qarşısını almaq üçün intensiv tədbirlərə əl atıblar.

700 adamın yoluxduğu qraflıqlarda havadan əraziyə xüsusi dərman səpilib.

Texas polisi həmçinin funksiyasını itirmiş maşın təkərlərini məhv etməyə başlayıb, çünki yağış suyunu toplayan bu təkərlər başlıca infeksiya mənbəyidir.

Həşəratlar quşları dişləməklə bu virusu yayırlar. Xəstəliklərə Nəzarət Mərkəzinin verdiyi məlumata əsasən 2012-ci ildə bütün ABŞ boyu 1118 adam Qərbi Nil virusuna yoluxub. Bu, indiyədək Amerikada qeydə alınmış rekord rəqəmdir.