Texas kilsəsində qətliam: 26 ölü, 20 yaralı

Texasın San Antonio şəhəri yaxınlığında silahlı şəxs kilsəyə daxil olaraq azı 26 ibadətçini öldürmüş, digər 20 nəfəri yaralamışdır.

Hücum silahı vasitəsilə törədilən qətliamın qurbanları sırasında 5 yaşlı uşaqdan tutmuş 72 yaşlı kişiyədək müxtəlif yaşlı insanlar var.

Silahlı şəxsin özü də həlak olub, ancaq motiv bəlli deyil.

Hiss etdiyimiz ağrı və kədəri sözlə təsvir edə bilmərik.
Donald Tramp, ABŞ Prezidenti

Federal Təhqiqat Bürosu, Alkoqol, Tütün və Odlu Silahlar Bürosunun əməkdaşları Texasın kiçik Sutherland Springs qəsəbəsinə axışaraq insidenti araşdırırlar.

Qəsəbə San Antonio şəhərindən 50 kilometr məsafədə yerləşir.

Prezident Donald Tramp baş verənəri “şər əməli” adlandırıb. O, bütün federal binalarda ABŞ bayrağının matəm əlaməti olaraq yarıya endiriməsinə göstəriş verib.

Hazırda Yaponiyada səfərdə olan ABŞ prezidenti situasiyanı xaricdən izlədiyni deyib.

Texas Qubernatoru Qreq Abbott qətliamı Texas tarixinin ən qanlı atışması kimi təsvir edib. Onun sözlərinə görə baş verənləri təhlil etmək kifayət qədər səy tələb edəcək.

Sutherland Springs, Texas

Şahidlərin dediyinə görə, qara rəngli paltar və gülləkeçirməz gödəkcə geyinmiş gənc oğlan Birinci Baptist Kilsəsinin dışarısında avtomat silahdan atəş açmağa başlamış və sonra binaya daxil olaraq orada atəş açmaqda davam etmişdir.

Texas rəsmisi Martin Freeman deyir ki, yerli sakin hücumçunun qarşısına silahla çıxdıqdan sonra o, silahı yerə ataraq öz maşınına doğru qaçıb. Bundan sonra yerli sakin və polis hücumçunu maşında təqib etməyə başlayıb.

Ailələr qəsəbənin icma mərkəzində toplaşaraq yaxınları haqda xəbər gözləyirlər.

Maşın qəzaya uğradıqdan sonra hücumçunun güllə yarasından həlak olduğu müəyyən edilib. Onun yerli sakin və yaxud özü tərəfindən vurulduğu bilinmir.

Hücumçunun maşınından müxtəlif növ odlu silahlar aşkar edilib.