İslam Dövləti Texasdakı silahlı hücuma görə məsuliyyəti öz üzərinə alıb

ABŞ rəsmiləri İslam Dövləti qrupunun iddiası ilə bağlı şərh verməyib

İslam Dövləti yaraqlı qrupu bazar günü Texasın Dallas şəhəri yaxınlığında yerləşən qurultay mərkəzinin qarşısında mühafizəçiyə qarşı silahlı hücuma görə məsuliyyəti üzərinə alıb. Mərkəzdə Məhəmməd peyğəmbərin karikutaralarının yarışı keçirilib.

ABŞ rəsmiləri İslam Dövlətinin iddiası ilə bağlı şərh bildirməyib.

Ekstremist qrup bu açıqlamanı çərşənbə axşamı şəxsi radio stansiyası vasitəsilə elan edib. Onlar bildirib ki, bu hücumu “xilfətin iki əsgəri” həyata keçirib. “Biz Amerikaya demək istəyirik ki, bundan sonrakı hücum daha böyük və acı olacaq,”-deyə İslam Dövləti bildirib. Qrup ilk dəfədir ABŞ torpağında hücum həyata keçirdiyini iddia edir.

Polis hücumu həyata keçirənlərin Elton Simpson və Nadir Sufi olduqlarını müəyyən edib. Onlar Arizonanın Feniks şəhərində bir mənzildə yaşayıblar. Onların mərkəzdə atəş alçması nəticəsində bir mühafizəçi yaralanıb. Daha sonra onlar Qarland şəhərinin polisi tərəfindən güllələnərək öldürülüb.

Məhkəmə sənədləri Simpsonun 2006-ci ildən bəri nəzarət altında olduğunu, 2010-cu ildə isə Somalidə cihada qoşulmaq arzusu barədə Federal Təhqiqatlar Bürosunun işçilərinə yalan söyləməkdə ittiham olunuduğunu göstərir.