Texasdakı silsilə hücumların motivləri araşdırılır

Birləşmiş Ştatların cənub-qərb bölgəsindəki Texas ştatında bu ay silsilə partlayışlar həyata keçirib ki, onlardan ikisi ölümlə nəticələnib.

Keçən şənbə günü Austin şəhərində həyata keçirilən sonuncu, dördüncü hücum ölümlə nəticələnməsə də, partlayış zamanı iki nəfər yaralanıb.

Ştatdakı partlayışların hamısı paket bombası ilə həyata keçirilib. İlk üç partlayış sakinlərin içərisində partlayışı maddə olan bağlamanı götürmək istəyərkən baş verib.

Austin Polis İdarəsinin rəisi Brayan Menli sakinlərə hər hansı bağlama və ya ona bənzər əşyaya yaxın durmamağı tövsiyə edib.

Keçən həftənin şənbə günü partlayış zamanı yaralanan 20 yaşlarındakı iki gəncin hazırda vəziyyətlərinin sabit olduğu bildirilib.

Martın 2-də baş verən bomba hücumu 39 yaşlı afro-amerikalı kişinin, 12-də isə 17 yaşlı gəncin ölümünə, 75 yaşlı qadının yaralanmasına səbəb olub.

Polis partlayışların nifrət zəminində həyata keçirildiyini araşdırır. Belə ki, öldürülənlər qardərili, həyat mücadiləsi aparan qadın isə ispan mənşəlidir.