Günorta baş verən atışmada Bandidos və Kossaks motosklet dəstəsinin üzvləri iştirak etsə də, hadisə yerində bəzi başqa qrupların da olduğu güman edilir. Vako şəhərinin polis bölməsi bildirib ki, bəzi banditlər restorana dava salmaq üçün gəlib.
Patrick Swanton: "Bu, kriminal hadisədir. Bura gəlirsən və adam öldürürsən. Onlar buraya yemek yemək və ailələri ilə vaxt keçirmək üçün gəlməyib. Onlar bura bir məqsədlə gəlib və fikrimizcə, bunun bir hissəsi cinayət törətmək olub.”
Polis deyir ki, münaqişə restoranda başlayıb, avtomobil dayanacağında davam edib və polis hadisə yerinə gələn zaman onlar polisə də atəş açmağa başlayıb. Nə polis, nə də ətrafdakılar arasında zərər çəkən olmayıb.
Polis hadisə yerindən 50-yə yaxın fərqli növ silah götürüb. Bunlar arasında beş barmaq, biçaq, zəncir, topuz və odlu silah da olub.
Hüquq mütəxəssisləri motosiklet dəstələrinin ölkənin bir çox yerində populyar olduğunu və motosiklet klublarının ümumən kriminal təşkilatlar olmadığını vurğulayıb.
Philip Hilder: "Mən bu klubların kriminal xarakter daşıdığını iddia edənlərə xəbərdarlıq etmək istərdim. Bu şəxslər vahiməli görünüşə malik ola bilər, ancaq bu görünüş onların mədəniyyətinin bir hissəsidir. Bu, həmin qrup və ya təşkilatın qeyri-qanuni işlər gördüyü demək deyil.”
Birləşmiş Ştatlarda ən böyük motosiklet yürüşü Xatirə Günündə Vaşinqtonda keçirilir. Bu yürüyüş Rollinq Tunder adlanır və onun əsas məqsədi Amerika müharibə qəhramanlarına ehtiram bildirməkdən ibarətdir.