Teslanın Roadster maşını orbitə daxil olub [Video]

Your browser doesn’t support HTML5

Milyarder Elon Mask 2018-ə artıq böyük işlərlə başlayıb. O həm SpaceX həm də Teslanın baş icraçı direktorudur. Onun kosmosa səyahət şirkəti orbitə elektrik maşın şirkətinin istehsal etdiyi Roadster avtomobilini göndərib. Bu, kosmosa səyahət və texnologiya sahəsində inqilab etmək istəyən Maskın ən son uğurudur.

Mən hələ də baş verənləri dərk etməyə çalışıram, çünki bu, mənə qeyri-real görünür.
Elon Mask

Teslanın Roadster maşını sözün əsl mənasında bu dünyada deyil. Belə ki, elektrik maşın istehsalçısı bu maşını Floridadan nəhəng SpaceX raketinin içində fəzaya göndərib.

23 mərtəbə hündürlüyündə olan Falcon Heavy raketi Floridada Kennedy Fəza Mərkəzindən havaya göndərilib. NASA həmin mərkəzdən 50 il öncə aya Apollo missiyalarını aparan raketləri göndərib.

Bu uğurlu uçuş Tesla və SpaceX-in milyarder baş icraçı direktoru Elon Mask üçün dönüş nöqtəsdi oldu.

“Mən hələ də baş verənləri dərk etməyə çalışıram, çünki bu, mənə qeyri-real görünür,” deyə o bildirib.

27 raket mühəndisi Falcon Heavy-ni hərəkətə gətirmək üçün 1,1 milyon nyutonluq təkan gücünü yaradıblar və bu, Falcon Heavy-ni fəzaya uçan ən güclü raketə çevirib.

Tesla Roadster

“Bu monumental idi. Fikrimcə bu mənim şahid olduğum ən həyəcanlı hadisə idi,” Mask deyib.

Falcon Heavy-nin iki yan təkanverici raketi Yer kürəsindən fəzaya göndərildiyi yerə geri qayıdıb, mərkəzi təkanverici raket isə hədəfə deyil, Atlantik Okeana düşüb.

Bu da plana uyğun olaraq nəticələnməyən yeganə hadisə olub.

Kosmosda maşının sürücü oturacağında skafandr geyinmiş maneken oturub. O, Yer Kürəsindən Mars uzaqlığında sonsuz günəş orbitinə doğru gedir.